Azərbaycan taekvando yığması dünya çempionu oldu
Paylaş:
Azərbaycanın kişi taekvondoçulardan ibarət millisi Bakıda keçirilən komandalararası dünya çempionatında qızıl medal qazanıb.
Reza Mehmandustun baş məşqçi olduğu yığma finalda Cənubi Koreyaya qalib gəlib - 21:5. Heyətdə Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi 68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Harçeqani (80 kq) və Radik İsayev (+87 kq) yer alıb.
Azərbaycan yığması ötənilki Dünya Kubokundan da qalib ayrılmışdı.
| Paylaş: