')

Bu gün:


FutbolPress.Az | Rüstəm Orucov mütləq lider oldu

Rüstəm Orucov mütləq lider oldu


oxunma sayı: 328 Paylaş:

FutbolPressBeynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

2016-cı ilin yekun sıralamasında Yay Olimpiya Oyunlarında Azərbaycana gümüş medal qazandıran Rüstəm Orucov (73 kq) yeni nailiyyətə imza atıb.

25 yaşlı cüdoçu 3010 reytinq balı ilə həm öz çəkisində liderliyini qoruyub, həm də bütün çəki dərəcələri üzrə ən çox xal toplayıb. Orucov ikiqat olimpiya çempionu və dəfələrlə dünya çempionu fransalı Teddi Rineri (+100 kq, 2800 xal) geridə qoyub.

"Rio-2016" olimpiadasında Azərbaycana daha bir gümüş medalı qazandıran Elmar Qasımov (100 kq) 2524 xal toplayaraq öz çəki dərəcəsində liderliyini davam etdirir.


oxunma sayı: 328 | Paylaş:




?>