Harçeqani Qran-prinin qalibi oldu
Paylaş:
Bu gün Bakıda taekvondo üzrə Qran-pri turnirinin final mərhələsi start götürüb. İlk gündə 2 təmsilçimiz yarışıb.
58 kq çəki dərəcəsində qüvvəsini sınayan Roman Samodurov ilk döyüşdəcə cənubi koreyalı Tae-Hun Kimə məğlub olub.
80 kq-da yarışan Milad Beigi Harçeqaninin çıxışı isə uğurlu alınıb. O əvvəlcə 1/8 finalda avstriyalı Hayder Şkaranı sınağa çəkib. İkinci hissədə 14:0-a çatdıran taekvandoçumuz vaxtından əvvəl qalib elan olunub.
Harçeqani 1/4 finalda cənubi koreyalı Heyeon-Vu Kimlə üz-üzə gəlib. Bu rəqib də ona ciddi müqavimət göstərə bilməyib. İdmançımız 17:1 hesabı ilə qalib gəlib.
Yarımfinalda meksikalı Rene Lizarraqa ilə oyun da vaxtından əvvəl başa çatıb - 18:0.
İdmançımız finalda misirli Seif Eissaya da göz açmağa imkan verməyib. 12:0 hesabı ilə qalib gələn Harçeqani turnirin qalibi olub.
| Paylaş: