Gürcüstanlı məşqçi Azərbaycan yığmasından imtina etdi
Paylaş:
Boks üzrə İrlandiya yığmasının baş məşqçisi Zaur Antia Azərbaycanın təklifindən imtina edib. Bu barədə gürcüstanlı mütəxəssisin özü məlumat verib.
O bilidirib ki, hələ İrlandiya millisində qalmaq barədə fikirləşir və bu komanda ilə uğur qazanmaq niyətindədir.
Azərbaycan tərəfinin təcrübəli mütəxəssisə olimpiya medalı qarşılığında onun hazırkı məvacibindən iki dəfə çox - 6 rəqəmli əmək haqqı təklif etdiyi iddia edilir.
| Paylaş: