Əvəzedicilər və I Divizion klubları da "payını aldı"
Paylaş:
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında əvəzedicilərin yarışı və I Divizionun XIII turunda baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Əvəzedicilərin AZAL – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.
Oyunun 61-ci dəqiqəsində AZAL futbolçusu Elşad Manafov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub 100 manat cərimə olunub.
I Divizionun XIII turunun “Ağsu” – “Şəmkir” matçının 80-ci dəqiqəsində “Şəmkir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə edilib.
“Qaradağ Lökbatan” – “Turan Tovuz” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
| Paylaş: