XIII tura görə 5 klub cəzalandırıldı
Paylaş:
İntizam Komitəsinin bu gün keçirilən iclasında TPL-in XIII turunda baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub.
AZAL – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 85-ci dəqiqəsində AZAL-ın futbolçusu Adan Koronado ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub isə 200 manat cərimə edilib.
“Zirə” – “İnter” matçında “İnter” klubunun 4, “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub.
Oyunun 66-cı dəqiqəsində “İnter” in futbolçusu Adrian Skarlatake ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub 200 manat cərimə edilib.
“Kəpəz” – “Neftçi” matçında meydan sahibi klub əsasnaməyə uyğun olaraq qonaq komandanın qəbulunda üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyi üçün 1600 manat cərimə olunub.
| Paylaş: