')

Bu gün:


FutbolPress.Az | AFFA qərar verdi - "Qarabağ"a sərt cəzalar

AFFA qərar verdi - "Qarabağ"a sərt cəzalar


oxunma sayı: 374 Paylaş:

FutbolPressBu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Toplantıda Topaz  Premyer Liqasının XIII turunun “Qarabağ” – “Qəbələ” matçında İntizam Komitəsi aşağıdakı qərarlar qəbul edilib:

“Qarabağ"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 39-cu dəqiqəsində “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub 800 manat cərimə olunub.

Oyunun 90+4-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Riçard Almeyda aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb, klub 3200 manat cərimə olunub.

Matçın videoyazısı izləndikdən sonra müəyyən olunub ki, oyunun 90+4-cü dəqiqəsində “Qarabağ”ıni futbolçusu Coşqun Diniyev rəqib oyunçuya qarşı kobudluq edir. Bu səbəbdən futbolçu 2 oyun cəzalandırılıb, klub 1600 manat cərimə olunub.

“Qarabağ”ın 2-ci qolundan sonra klubun futbolçusu Şahruddin Məhəmmədəliyevin rəqibə qarşı qeyri-etik jest göstərmədiyi aşkarlanıb.

Növbəti ev oyunlarında “Qarabağ” klubundan təhlükəsizlik tədbirlərini daha yüksək səviyyədə təmin etməsi tələb olunub.

Hər iki klubdan nizam-intizam qaydalarına ciddi şəkildə əməl etməsi və bu halların yenidən təkrar olunmaması tələb edilib.


oxunma sayı: 374 | Paylaş:




?>