"Qarabağ" - "Qəbələ" oyununda gərginlik (VİDEO)
Paylaş:
TPL XIII turun gərgin və maraqlı keçən “Qarabağ – “Qəbələ” (2:1) oyununun son dəqiqlərəində tərəflər arasında çaxnaşma yarandı.
Dino Ndlovu meydan sahiblərini hesabda önə keçirdikdən sonra komandanın texniki heyəti və futbolçuları meydana axışdı. “Qarabağ”ın ehtiyat qapıçısı Şahruddin Məhəmmədəliyevlə rəqib futbolçu Rəşad Sadiqov arasında mübahisə yarandı. Digər futbolçuların da araya qarışması ilə vəziyyət daha da gərginləşdi. “Qəbələ”nin texniki heyəti də meydana daxil oldu. Sonradan çətinliklə aranı sakitləşdirmək mümkün oldu.
"FutbolPress" həmin anların videosunu təqdim edir.
| Paylaş: