')

Bu gün:


FutbolPress.Az | "Artıq evə getmək istəyirəm" - Roman Qriqorçuk

"Artıq evə getmək istəyirəm" - Roman Qriqorçuk


oxunma sayı: 551 Paylaş:

FutbolPress
TPL  XIII turun “Qarabağ” – “Qəbələ” (2:1) matçından sonra qonaq komandanın baş məşqçisi Roan Qriqorçuk jurnalistlərin sualarını cavablandırıb.

- "Qəbələ" nədən narazı idi? Konkret hansı epizoddan?
- İki komandanın ifasında gözəl oyun gördük. Hakimlərlə bağlı dəfələrlə demişəm. Evə gemək itəyirəm.  Psixoloji cəhətdən komandanın vəziyyətini gördüyüm üçün komandanı belə qoymaq istəmirəm. Ancaq artıq burda qalmaq istəmirəm.

- Sözlərinizdən belə başa düşdük ki, futbol meydandan çox meydandan kənarda kabinetlərdə oynanılır...
- Dediklərimdən kənara çıxmaq istəmirəm. Bu sözlərin heç biri "Qarabağ"a aid deyil. bu komandaya çox böyük hörmətim var. Onların yaxşı baş məşqçiləri və gözəl komandası var.

- Son dəqiqələrdə meydanda yaşananlar qərəz idi, yoxsa hakim savadsızlığı?
- Dediyim kimi, belə bir vəziyyətdə komandamın yanında olmalıyam. Çünki mən komandamı sevirəm. Azərbaycan hakimləri işlərini yaxşı bacarır. Ancaq necə olur ki, top futbolçunun üzünə dəyir və buna penalti verilir?! AZAL-la oyunda futbolçumuza təpik vurdular, amma 4-cü hakim heç bir reaksiya vermədi.

- Mənə elə gəldi ki, son dəqiqələrdə deyəsən komandanı meydandan çıxarmaq istəyirdiz. Sadəcə hakimin fiti buna imkan vermədi...
- Sadəcə istədim ki, komandam hər hansı münaqişədə iştirak etməsin.

- Artıq neçənci dəfədir ki, hesabı qoruya bilmirsiz. Bunun sbəbi nədir?
- Nə deyə biərik, oyunun əvvəlində də səhvlər oldu. ideal oynamadıq. Qol vurduq, amma axırda qapımızda qollar gördük. Abu konkret bir sistem səhvi deyil.


oxunma sayı: 551 | Paylaş:




?>