')

Bu gün:


FutbolPress.Az | 9 ildə 192 medal

9 ildə 192 medal


oxunma sayı: 290 Paylaş:

FutbolPressAzərbaycan güləşçilərinin 9 ildir keçirilən "Qızıl Qran Pri" turnirinin final mərhələlərində qazandıqları medalların sayı açıqlanıb.

Təşkilatçı ölkə pəhləvanları ümumilikdə 192 medala sahib olublar.

Bunlardan 86-sı - 26 qızıl, 23 gümüş və 37 bürünc medal sərbəst güləşçilərin payına düşüb. Yunan-Roma güləşçilərinin aktivinə 75 medal yazılıb. Onlardan 28-i qızıl, 19-u gümüş, 28-i isə bürünc medaldır. Qadın güləşçilər 9 qızıl, 7 gümüş və 15 bürünc olmaqla ümumilikdə 31 medal qazanıb.
Beləliklə, medallardan 63-ü qızıl, 49-u gümüş, 80-ni isə bürünc əyarlı olub. Pəhləvanlar 2008-ci ildə keçirilmiş "Qızıl Qran Pri"də 22, 2009-cu ildə 20, 2010-cu ildə 15, 2011-ci ildə 26, 2012-ci ildə 22, 2013-cü ildə 24, 2014-cü ildə 25, 2015-ci ildə isə 21 medal qazanılıb. 2016-cı ildə bu göstərici 17 olub.


oxunma sayı: 290 | Paylaş:




?>