"Bu məsələ mənim özümə də qaranlıq qaldı" - Tərlan Əhmədov
Paylaş:
TPL XIII turun AZAL – “Sumqayıt” (1:1) oyunundan sonra meydan sahiblərinin baş məqşçisi Tərlan Əhmədov matç barədə fikirlərini bildirib.
“FutbolPress” xəbər verir ki, mütəxəssis qarşılaşmanı belə şərh edib:
"Nəticə oyuna görə idi. Məğlubiyyətdənsə, 1 xal daha yaxşıdı. Birinci hissədə yaxşı oynadıq. İkinci hissədə mənə də qaranlıq qaldı ki, komanda niyə bu qədər geri çəkildi. Futbolun da yazılmayan qanunudur ki, hücum etməsən, sənə qol vuracaqlar. Pillə-pillə qalxmağa çalışırıq. Bacardığımız qədər hücum xəttini gücləndirmək fikrindəyik.
- İlk yarıda pis oynamadız. Ancaq fasilədə sonra komanda tamamilə geri çəkildi. Buna səbəb nə idi?
- Çıxışımın əvvəlində də dedim. Mənim özümə də qaranlıq qaldı ki, niyə belə oldu. Mən həmişə, hətta qalib gələndə də deyirəm ki, ancaq hücum etmək lazımdır. Mox müdafiə olunanda istər-istəməz səhvlər olur. Görünür, sviyyəmiz bu qədərdi.
- İlk hissənin sonlarında azarkeşlə nəsə problem oldu?
- Heç bir problem yox idi. Bir azarkeş Rəşad Abdullayevə qarşı qeyri-etik ifadələr işlətdi. Mən də dedim bir az sakit olsun. Başqa heç bir insident yox idi. Elə şeylər var ki, onları nəzərə almaq lazımdır.
- Tounkara komandaya gələcək, ya yox?
- Maksimum 2-3 günə burda olacaq
| Paylaş: