')

Bu gün:


FutbolPress.Az | Samir Abasov: "Bu, gələcəkdə bizə problem yaradacaq"

Samir Abasov: "Bu, gələcəkdə bizə problem yaradacaq"


oxunma sayı: 195 Paylaş:

FutbolPressTPL XIII turun AZAL – “Sumqayıt” (1:1) oyunundan sonra qonaq komandanın baş məşqçisi Samir Abasov matçla bağlı fikirlərini bildirib.

“FutbolPress” xəbər veri ki, o, qarşılaşmanı belə şərh edib:

"2 xal itirdiyimizə görə heyfsilənirəm. Gələcəkdə bu xal itkisi bizə problem yaradacaq. Çox istəyirdik ki qalib gələk. Bunun üçün dəyişiklilər də etdik. Belə oyunlarda xal itirmək istəmirik. Amma heç yoxdansa, 1 xal da qənimətdir"

- İlk hissədə oyununuz aınmadı, ikinci yarıda dəyişikliklərlə matçın gedişini dəyişdiz. Məhəmməd Qurbanovun sonq qədər oynamasının səbəbi nə idi?
- Komanda uduzursa, daha da hücumu gücləndirirsən. Vurğunu da meydana buraxdıq ki, hücuma getsin. Məhəmmədin top saxlama bacarığı yaxşıdı deyə sona qədər oynadı. Deməzdim pis təsir bağışladı, ancaq kimi top çox itirirdi. Ona etibarım tükənməyib. Formasını bərpa etməyi üçün əlimizdən gələni edəcəyik.


oxunma sayı: 195 | Paylaş:




?>