')

Bu gün:


FutbolPress.Az | Bakıda İCF-in yeni prezidenti seçildi

Bakıda İCF-in yeni prezidenti seçildi


oxunma sayı: 274 Paylaş:

FutbolPressBeynəlxalq Kanoe Federasiyasında (İCF) prezident seçkisi keçirilib. Bu vəzifəyə növbəti 4 il müddətinə hazırkı prezident Xose Perurena Lopez seçilib.

İCF-nin Bakıdakı XXXVI Konqresində baş tutmuş seçkidə ispaniyalı funksionerin rəqibi olmayıb. O, 94 mümkün səsdən 82-ni qazanıb.

Xose Perurena Lopez 1945-ci il aprelin 4-də İspaniyanın paytaxtı Madriddə anadan olub. O, 1968-ci il Mexiko Yay Olimpiya Oyunlarında kayakçı kimi mübarizə aparıb. İspaniyalı funksioner İCF-yə 2008-ci ildən rəhbərlik edir. X.Perurena 2011-ci ildən Beynəlxalq Olimpiya Komitəsinin üzvü, 2014-cü ildən isə Beynəlxalq Dünya Oyunları Assosiasiyasının prezidentidi.


oxunma sayı: 274 | Paylaş:




?>