')

Bu gün:


FutbolPress.Az | Zülfiyyə Hüseynova dünya ikincisi oldu

Zülfiyyə Hüseynova dünya ikincisi oldu


oxunma sayı: 268 Paylaş:

FutbolPressABŞ-ın Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir. Ötən gün Azərbaycan millisi mundialda aktivinə daha bir medal yazdlrıb.

Qadınlar arasında F-4 kateqoriyası üzrə 70 kq çəkidə yarışan Zülfiyyə Hüseynova yalnız finalda uduzaraq dünya çempionatının gümüş medalını qazanıb. O, həlledici görüşdə meydan sahibi, ABŞ cüdoçusu Marqarita Kabreraya uduzaraq 2-ci yeri tutub.

Azərbaycan millisinin veteranları Fərhad Rəcəbli (90 kq) və Zaur Paşayev (100 kq) qızıl, Mübariz Cəfərov (81 kq) isə bürünc medal qazanıb.


oxunma sayı: 268 | Paylaş:




?>