')

Bu gün:


FutbolPress.Az | Bakıda həvəskarlar arasında skvoş yarışı keçirildi

Bakıda həvəskarlar arasında skvoş yarışı keçirildi


oxunma sayı: 452 Paylaş:

FutbolPressNoyabrın 20-də Bakıdakı “Hyatt Regency” otelinde skvoş (squash) idman növü üzrə həvəskarlar arasında yarış keçirilib.

Turnirdə 12 nəfər mübarizə aparıb. Gərgin keçən yarışın qalibi Elmir Məhərrəmov olub.

O, bizimlə söhbətində skvoş idman növünün Avropada, xüsusən də İngiltərədə çox məşhur olduğunu söyləyib: “Əvvəllər Azərbaycanda skvoş kortlarında ancaq ingilisləri və digər ölkələrdən olan əcnəbiləri görmək mümkün idi. Lakin son 5-6 ay ərzində bizim səylərimiz nəticəsində Bakıda bu idman növünə yerli insanların da marağı həddindən artıq çoxalıb. Hazırda svkoş kortlarında xaricilərdən çox həmyerlilərimizi görmək mümkündür”.

Yarışın qalibi qeyd edib ki, onların məqsədi bu idman növünü ölkəmizdə daha da inkişaf etdirmək və gələcəkdə beynəlxalq yarışlara qatılmaqdır. 





oxunma sayı: 452 | Paylaş:




?>