Azərbaycan güləşçisinin əlindən alınan olimpiya medalının sahibi məlum oldu
Paylaş:
2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verən güləşçilərinin medallarının hansı ölkə təmsilçilərinə təqdim olunacağı açıqlanıb.
Beynəlxalq Olimpiya Komitəsinin cəzalandırdığı pəhləvanlar arasında Azərbaycanın yunan-Roma güləşçisi Vitali Rəhimov da var. Onun qazandığı gümüş medal yarımfinalda məğlub etdiyi qazaxıstanlı Nurbaxıt Tengizbayevə verilib. Bu halda qərara əsasən, Tengizbayevin olimpiada vaxtı əldə etdiyi bürünc medal onun 3-cü yer uğrunda görüşdə yendiyi çinli Tszyan Şenə çatıb.
| Paylaş: