Azərbaycanlı cüdoçu dünya çempionu oldu
Paylaş:
ABŞ-da veteran cüdoçular arasında dünya çempionatı davam edir. Yarışların ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.
90 kq çəkidə mübarizə aparan Fərhad Rəcəbli bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Veteran cüdoçumuz qızıl medal uğrunda görüşdə rusiyalı Vladimir Markelovu məğlub edib.
Dünya çempionatında 55 ölkədən 966 veteran cüdoçu mübarizə aparır.
| Paylaş: