Azərbaycan boksçularından mundiala uğurlu start
Paylaş:
Rusiyanın Sankt-Peterburq şəhərində gənc boksçular arasında dünya birinciliyinə start verilib.
Yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
55 kq-da yarışan Ramazan Abdullayev ispaniyalı Yordan Kamaço ilə üzə gəlib. Qarşılaşma həmyerlimizin çətin qələbəsi ilə yekunlaşıb – 3:2. O, 1/16 finalda puerto-rikalı Xavier Aponte ilə döyüşəcək.
Məhəmməd Abdullayev (+91 kq) isə asanlıqla mərhələ adlayıb. İdmançımız litvalı Marek Korolkovu 5:0 hesabı ilə məğlub edib. O, 1/8 finalda irlandiyalı Şihi Kevinlə qüvvəsini sınayacaq.
| Paylaş: