')

Bu gün:


FutbolPress.Az | Olimpiya Komitəsi qərar verdi - Güləşçimizin olimpiya medalı əlindən alınacaq

Olimpiya Komitəsi qərar verdi - Güləşçimizin olimpiya medalı əlindən alınacaq


oxunma sayı: 338 Paylaş:

FutbolPressAzərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsi qərar verib.

Səbəb kimi 60 kq çəki dərəcəsində çıxış etmiş Rəhimovun dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı aşkarlanıb.

Artıq karyerasını başa vurmuş güləşçi, İOC-un qərarına əsasən, gümüş medal və diplomunu geri qaytarmalıdır.  Medalın kimə veriləcəyini isə Dünya Güləş Birliyi müəyyənləşdəcək.


oxunma sayı: 338 | Paylaş:




?>