')

Bu gün:


FutbolPress.Az | Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri nə zaman satışa çıxarılır?

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri nə zaman satışa çıxarılır?


oxunma sayı: 406 Paylaş:

FutbolPressBakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq. Azerisport.az xəbər verir ki, Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq sayca 2-ci Formula 1 yarışının 16-18 iyun 2017-ci il tarixlərində keçirilməsi nəzərdə tutulub.

Bundan başqa, əməliyyat şirkəti biletləri erkən alanlar üçün məhdud sayda 30 %-dək endirimli 4 günlük biletlər təklif edir. Bu kampaniya 31 yanvar 2017-ci il tarixinədək davam edəcək. Kampaniya bitdikdən sonra biletlər yenidən tam qiymətlərlə satılacaq. Buna görə də, əməliyyat şirkəti azarkeşləri kampaniya qurtarmadan əvvəl 2017 Formula 1 Avropa Qran Prisi üçün bilet almağa çağırır. 

Dörd günlük biletlər azarkeşlərə trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 15 iyun tarixində, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. Azarkeşlər Pit Yolu yürüşü zamanı komandaların bokslarında mühəndis və digər texniki işçilərin bolidi yarışa necə hazırladıqlarını yaxından görmək fürsətinə sahib olacaqlar.

BŞH-nın icraçı direktoru Arif Rəhimov Formula 1 azarkeşlərini kampaniya çərçivəsində təqdim olunan böyük endirim fürsətindən yararlanmağa çağırır: “Biz gələn yay Bakıda keçiriləcək 2-ci Formula 1 yarışı üçün biletlərin satışa çıxarılmasını elan etməkdən böyük xoşbəxtlik duyuruq. Formula 1-in Azərbaycana yenidən gəlişindən əvvəl azarkeşlərə biletlərin qiymətində xüsusi endirimlərin təklif olunması bizim üçün olduqca əhəmiyyətlidir və  biz inanırıq ki, bu endirimlər həm yerli, həm də beynəlxalq Formula 1 azarkeşlərinə Bakı yarışına biletləri indidən almaq üçün böyük stimul olacaq. Biz gözəl şəhərimizi və möhtəşəm trekimizi bütün dünyaya nümayiş etdirməyə davam edəcəyimizə görə olduqca çox həyəcanlıyıq və böyük əzmlə çalışırıq ki, bu, Formula 1 mövsümündə qaçırılmayacaq bir yarış həftəsonuna çevrilsin. Ötən yay keçirilmiş yarış sübut etdi ki, Formula 1 və Bakı bir-birinə çox gözəl yaraşır və mən şəxsən bütün azarkeşləri gələn yay 2017 Formula 1 Avropa Qran Prisi üçün Bakıya gələrək möhtəşəm yarış həftəsonunu yaşamağa dəvət edirəm. Gəlin iyun ayında bizimlə birgə yarış həyəcanını keçirmək istəyən azarkeşlərə bir daha səslənirəm ki, bu böyük endirim fürsətini əldən verməsinlər".


oxunma sayı: 406 | Paylaş:




?>