')

Bu gün:


FutbolPress.Az | Azərbaycan Millətlər Kubokundan imtina etdi

Azərbaycan Millətlər Kubokundan imtina etdi


oxunma sayı: 257 Paylaş:

FutbolPressAzərbaycanın güləş üzrə yığmaları noyabrın 16-da Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa Millətlər Kubokunda iştirakdan imtina edib.

Buna səbəb Azərbaycan yığmalarının 24-26 noyabrda Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə keçiriləcək "Qızıl Qran Pri"nin final mərhələsinə yaxşı hazırlaşmaq istəmələridir.

Noyabrın 19-da başa çatacaq kubokda Almaniya, Türkiyə, Ukrayna, Belarus, Rusiya, Gürcüstan, Ermənistan və ev sahibi Rumıniya yığmaları mübarizə aparacaqlar. 

Buxarest şəhərinin "Apollo Polyvalent" idman zalında keçiriləcək yarışlar Bakı vaxtı ilə saat 11:30-da başlayacaq. Final qarşılaşması isə saat 20:30-da baş tutacaq.


oxunma sayı: 257 | Paylaş:




?>