')

Bu gün:


FutbolPress.Az | "Kəpəz"də 5 yeni futbolçu

"Kəpəz"də 5 yeni futbolçu


oxunma sayı: 557 Paylaş:

FutbolPressTopaz Premyer Liqasının XI turunda Gəncə şəhər stadionunda “Sumqayıt”ı qəbul edəcək “Kəpəz” bu rəqiblə oyuna itkilərlə çıxacaq. Komandanın beş əsas futbolçusu cəza və zədə səbəbindən qarşıdakı matçda “sarı-göylər”ə kömək edə bilməyəcək.

Gəncə klubunun kapitanı Tural Axundov və Renan da Silva cəzalı duruma düşüb. Axundov bir tur öncə “Zirə”yə qarşı matçda qırmızı vərəqə alıbsa, braziliyalı sarı vərəqə limitini doldurub.

Zədəlilərə gəlincə, bunlar Şəhriyar Əliyev, Vüqar Bəybalayev və Dario Frederikodur. Sonuncu bu həftədən fitnes məşqlərinə başlayıb. Son iki gündə kollektiv çalışmalara qoşulan Əliyev və ötən həftədən məşqlərə başlayan Bəybalayev isə tam hazır olmadığından oynaya bilməyəcək.

İtkilərin yerini doldurmaq üçün “Kəpəz”in baş məşqçisi Şahin Diniyev əsas komandaya əvəzedici heyətdən beş oyunçu dəvət edəcək.


oxunma sayı: 557 | Paylaş:




?>