')

Bu gün:


FutbolPress.Az | Rəşad Sadıqov: “Tariximizin ən vacib qələbələrindən birini qazandıq” (MÜSAHİBƏ)

Rəşad Sadıqov: “Tariximizin ən vacib qələbələrindən birini qazandıq” (MÜSAHİBƏ)


oxunma sayı: 827 Paylaş:

FutbolPressAvropa Liqasının qrup mərhələsində səfərdə PAOK-u məğlub edən (1:0) “Qarabağ”ın kapitanı Rəşad Sadıqov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

"FutbolPress" həmin müsahibəni təqdim edir:

- Qələbə münasibətilə təbrik edirik. Hansı hissləri keçirirsən?
- Komandanın tarixinin ən vacib qələbələrindən birini qazandıq. Heç-heçənin bizə sərf etdiyini bilirdik, əsas məğlub olmamağa köklənmişdik. Yaxşı müdafiə olunub, qapandıq və yekunda qalib gəldik.

- Baş məşqçinin tapşırığı öz yerində, sən də kapitan kimi komanda yoldaşlarına demişdinmi ki, rəqib futbolçuların təxribatlarına uyma? İlk dəqiqələrdə də Maksim Medvedev az qala bu təxribata gedəcəkdi...

- Xoşagəlməz hal yaşandı. Hadisələrə mən də müdaxilə etməli oldum. Rəqibə göstərdik ki, biz burada heç kimdən çəkinmirik. Yeganə çəkindiyim məqam 3-cü dəqiqədə sarı vərəqə alan Maksimin meydandan qovulması ola bilədi. Amma o, təcrübəsindən istifadə edib, sona qədər meydanda qaldı.

- Oyunun əvvəlində qol buraxmamağın matçın gedişində çıxışınıza nə kimi təsiri oldu?
- PAOK-la ilk oyunumuzda da görmüşdük ki, ilk dəqiqələrdən təzyiq göstərirlər. Amma əsas odu ki, qol buraxmadıq.

- Qələbə komandada bir arxaynlıq yaradarmı?
- Matç hələ indi başa çatıb. Bu haqda indidən nəsə demək çətindi.

- 2 il əvvəl İtaliya “İnter”i ilə o məlum matçdan sonra demişdin ki, “bu mənim son şansım idi”. İndi necə düşünürsən?
- Vəsiqəni tam rəsmiləşdirəndən sonra bu suala tam cavab verəcəm.


oxunma sayı: 827 | Paylaş:




?>