')

Bu gün:


FutbolPress.Az | “Neftçi”, nə edirsən?! (QEYD)

“Neftçi”, nə edirsən?! (QEYD)


oxunma sayı: 1252 Paylaş:

FutbolPressKatalin Tira klubda Müşahidə Şurası yaradılandan bəri ən bahalı transferdi. 500-700 min arası rəqəmlər səsləndirilir.

Komandaya gətiriləndən bir qəpiklik faydası dəyməyib, ancaq videoda gördüyünüz kimi, meydançaya atılan azarkeşin üstünə şığıyıb, vurur...

O azarkeşin meydançaya girməsi yanlışdır, təbii ki, ancaq bu haqda tədbiri yumruq atan Tira yox, mühafizəni təşkil edən polis, stüardlar görməliydi. Gördü də... Ancaq sual yaranır, Tira ona heç bir təhlükə yaratmayan azarkeşə niyə cumur, ona nəyi sübut eləmək istəyir? Əgər Tiranın elədiyi normal hal idisə, digər futbolçular niyə bunu etmirdilər? Yox, müqayisə etməyin yeri deyil heç, bu, konkret ciddi nöqsandı.

Tiraya o məbləğdə pul verilib ki, komandanı vəziyyətdən çıxarsın, qol vursun, yoxsa əsəblərini cilovlaya bilməyib, tribunadan meydançaya atlayan azarkeşlə əlbəyaxa olsun?

Əvvəllər “Neftçi”nin nəsə əyər-əskiyi olanda ya Tahir Süleymanov, ya Güloğlan Cabbarov, bəzən prezident Sadıq Sadıqovdan yazırdı media. Onlardan açıqlama alırdılar. Vəziyyətlə bağlı onların fikri soruşulurdu, izahat verilməsi tələb edilirdi və s. Bir sözlə, "yaxasından yapışmağa" adam tapırdıq...

Bəs indi nə edək?

Belə bir hadisə olub. Bu hadisənin fonunda uzun zamandı düzəlməyən, əksinə, daha da geri gedən, nəticələri pis, transferləri bir qayda olaraq faydasız, idarəetməsi qüsurlu klub halına gələn "Neftçi var – sualları kimə verək? Ardıcıl transferlər... və onların faydasızlığı – kimdən soruşaq səbəbləri?

Müşahidə Şrasında soruşsan, deyəcəklər, bizim işimiz müşahidə eləməkdir. Yeni icraçı direktora soruşsan; yenidir, ya cavab verə bilməyəcək, ya da ənənəvi cavab olacaq: “Bizdə qərarlar kollegial verilir”.

Əcəba, biz klubun acınacaqlı durumu haqda idarəçilərin fikrini öyrənmək istəyən narazı azarkeş kütləsinə, oxucunun informasiya tələbinə necə cavab verək? Əcəb işə düşmüşük...

P.S. Klub rəsmi açıqlamasa da, çox mənbələrdə futbolçunun qovulacağı haqda xəbər verilir. Guya bu, normal addımdır? Bu da küyə getməyin nəticəsi sayıla bilər ən yaxşı halda. Məsələyə hüquqi qiymət verilməmiş belə addım atmağın məntiqi yalnız bu olar ki, klub yerli mentalitetə uyğun addım atıb. Ancaq bu seçim həm də ciddi maddi itki olacaq. Futbolçu ən pis halda müqavilədəki məbləğin 25 faizini almalıdır. Bu da 100-150 minlik itki olacaq. Nəticə? Futbolçu həm azarkeşi vurur, həm oynamadan 100-150 min qazanır, həm də elədiyi səhv olsa belə, üzr istəmir.

Belə etmək olmaz.

Tira normalda dubla göndərilməlidi, ciddi maddi sanksiyaya məruz qoyulmalıdır, elədiyi həəkətə görə üzr istəməlidir. İşin normal həlli bu olar, qovmaq yox. Bu cür hallar dünya futbolunda çox olub. Belə halda futbolçunun qovulması isə.. ən azı, nümunə götürdüyümüz Avropada bu hal yaşanmayıb. Baxın...





oxunma sayı: 1252 | Paylaş:




?>