Dino Ndlovu: "... Təbii ki, bu məni məyus edir" (MÜSAHİBƏ)
Paylaş:
TPL-in 8-ci turunun “Qarabağ” – “Sumqayıt” (3:0) matçından sonra meydan sahiblərinin 3-cü qolunun müəllifi Dino Ndlovu Futbolpress.az-ın suallarını cavablandırıb.
- Oyun barədə fikirləriniz?
- Nə etmək lazım olduğunu bilirdik. Lazım olanı etməyi bacardıq və ən önəmlisi 3 xal idi ki, onu da qazandıq.
- Adətən qol vurmayan futbolçular üçün deyirlər ki, bir qol lazımdı ayağı açılsın. Demək olarmı ki, Dinonun ayağı açıldı?
- Daha əvvəl "Forentina"ya da qol vurmuşdum. Amma bu gün vurduğum qol ona nisbətən daha önəmli idi. Amma bundan daha vacibi komandanın 3 xal qazanması oldu.
- Ayağınız sarılıdı, hər hansı zədə varmı?
- Xeyr, heç bir zədəm yoxdu.
- Bir neçə oyundur ki, qol vura bilmirdiz. Bununla bağlı hər hansı gərginlik yox idi ki?
- Bir hücumçu kimi mənim vəzifəm odu ki, qol vurum. Məni bu komandaya qol vurmaq üçün dəvət ediblər. Hər hansı oyunda yaxşı oynayıb, amma qol vurmağı bacarmıramsa, təbii ki, bu məni məyus edir.
- Qarşıdan Avropa Liqasında PAOK-la çətin oyun gəlir. Komanda buna hazırdımı?
- Bu oyun az əvvəl bitdi və biz sabahdan PAOK-la oyunun hazırlıqlarına başlayacağıq.
- "Fiorentina" və "Qəbələ"yə məğlubiyyətlərdən sonra əksəriyyət fikirləşir ki, "Qarabağ"da bir eniş başlayıb. Doğrudan da belədir?
- Bu cür məğlubiyyətlər yaşanandan sonra hamı başlayır öz fikrini ifadə etməyə, ona görə belə sözlər əmələ gəlir. Amma "Fiorentina" ilə oyunda qırmızı vərəqə aldıq. Bu da məğlubiyyətimizə əsas səbəb oldu. Qəbələdə də yenə şanssızlıq yaşadıq. Erkən qollar gördük qapımızda. Amma bunu mənfi tərəfdən yox, müsbət tərəfdən qəbul etmək lazımdı ki, biz gözümüzü açıqır, səhvlərimizi görürük və sonrakı oyunlara daha yaxşı hazırlaşırıq.
| Paylaş: