')

Bu gün:


FutbolPress.Az | Maksimin açılışı: Qurbanov, yoxsa Prosineçki... (KİÇİK QEYD)

Maksimin açılışı: Qurbanov, yoxsa Prosineçki... (KİÇİK QEYD)


oxunma sayı: 1099 Paylaş:

FutbolPressFoqtsun gedişindən sonra Prosineçkin gəlişi açılmamış qutu kimi idi...

O vaxt AÇ-nin seçmə mərhələsi matçında Osloya səfərdə var idim (0:0). Həm məşqə, həm start heyətinə, həm dəyişikliklərinə baxanda üstünə gəldim ondan əvvəlki elədiklərini də.. Yazdım ki, bu məşqçi Azərbaycan yığması üçün yaxşı nəticələrə səbəb olacaq. Millini hiss edir...

Dünən Maksimin qol vurması. Bilirsiniz, bundan əvvəlki matçda da o, çox ağıllı qol ötürməsi vermişdi. Bir müdafiəçinin/ampluasından asılı olmayaraq, futbolçunun mövqeyinin doğru müəyyənləşdirilməsi onun imkanlarını çox açır.

Maksim "Qarabağ"da cinah, millidə isə tez-tez müdafiənin mərkəzində oynayır. Və faydası xeyli çox olur. Bu cür rotasiyalar uğurçusu Kaxa idi. Adam paslanmış yerli oyunçuları belə doğru amplua təyinatı ilə dirildirdi. Robertdə də var bu. Sapınmalar da xeylidi, ancaq taktiki gedişlərin hesabına mövqelərdəki natarazlıqları tənzimləyə bilir. Məsələn, start heyət məsələsindəki tənqidi qeydlərin səngiməməsinə birbaşa abiskardı.  Ancaq Arazı startda buraxmamaq çox gözəl addım idi. Robert bizim oyunçuları əla hiss edir. Oyuna hansının daha hazır olduğunu dəqiq görür. Elə Rauf Əliyev məsələsində də utopiyaya uymamasını alqışlamaq olar. Onlar hələ bir müddət kənardan izləyib, meydanda öz yerini müəyyənləşdirməlidilər, hissiyyata güc verməlidilər. Hərgah, məsələ bunda yox...

...Maksimin mərkəzdə oynadılması sırf Robertin ideyası deyil. Qurbanov da ötən il belə edib. Və fikrimcə, ilk o edib (2014-cü il. "Tofiq Bəhramov"da "Xəzər Lənkəran"a qarşı matçda Qurbanov mərkəzdə Bədaviylə Maksimi qoymudu).

Maksim elə tip oyunçudu ki, gözləmədiyin anda haqqında düşündüyündən xeyli artığını edər. Belə oyunçuları cinahlarda yox, meydanın orta xətti həndəvərində oynadırlar. Özü də bir az rəqibin sahəsinə tərəf. O başqa məsələ ki, Maksimin funksionallığı bu ideyaya uyğundur/deyil...

Hər halda, "Qurbanov, yoxsa Prosineçki" spektrindən yanaşmanın ədalətli olmadığı aydındır. Maksim həm "Qarabağ"da, həm millidə faydalıdır. Ancaq yığmadakı məhsuldarlığı isə sadəcə, oyun modelləri arasındakı fərqdi. Burda məşqçilərin fərdi yanaşmalarının doğru və ya yanlışlığı müzakirəlik mövzu deyil. 

Maksimin çox yaxşı asmaları var. Əslində onları qəbul edə biləcək birinin müəyyənləşdirilib, mövqeyinin doğru yerləşdirilməsi və aralarındakı rabitənin işlənməsidir əsas məsələ. Bu da millinin qol vurması üçün taktiki gediş planlarından biri və hətta ən uğurlusu olar...

Elçin


oxunma sayı: 1099 | Paylaş:




?>