')

Bu gün:


FutbolPress.Az | Kamran Ağayev: "Burda bütün Azərbaycanı təmsil edirəm" (MÜSAHİBƏ)

Kamran Ağayev: "Burda bütün Azərbaycanı təmsil edirəm" (MÜSAHİBƏ)


oxunma sayı: 964 Paylaş:

FutbolPressFutbol üzrə Azərbaycan yığmasının və Portuqaliyanın "Boavişta" klubunun qapıçısı Kamran Ağayev ötən gün "Moreyrense"yə qarşı keçirdikləri oyundan (2:0) sonra müsahibə verib.

- Ötən tur "Portu" ilə oyunda buraxdığınız üçüncü qolda sizin səhviniz çox müzakirə olundu. Bu dəfə isə demək olar ki, qəhrəmana çevrildiniz. Özünüzü necə hiss edirsiz?
- Özümü yaxşı hiss edirəm. Portuqaliyadakı ilk oyun mənim üçün uğursuz alındı. Üç qol buraxdım. Şadam ki, ilk ev oyunumuzda qapını toxunulmaz saxladım və komandama qələbə qazanmaqda kömək etdim. Mən burada Azərbaycanı təmsil edirəm. Portuqaliyada oynamaq mənim üçün böyük məsuliyyətdir. Ölkəmizi burada daha yaxşı təmsil etməyi düşünürəm. Çünki böyük futbol ölkəsinə gəlmişəm. Portuqaliya son Avropa çempionudur.

- Penalti epizodunda bəxtiniz gətirdi, ya zərbənin istiqamətini düzgün müəyyənləşdirdiniz?
- Hər qapıçının öz güclü tərəfləri olur. Mənim də kifayət qədər təcrübəm var ki, belə epizodlarda lazım olan qaydada davranım.

- Azarkeşlər razı idilər?
- Stadiondakı atmosfer yaxşı idi. Bizi yaxşı qarşıladılar. Doğma meydanda qələbə qazanmaq xoşdur. Bizim turnir cədvəlindəki vəziyyətimiz yaxşı deyil. Ona görə də qələbə qazanıb, üst pillələrə çıxmaq istəyirik.

- Oyundan öncə baş məşqçiniz demişdi ki, hər matçda qapıçı dəyişmək fikri yoxdur. Siz onun ümidlərini doğrulda bildiniz?
- Ervin Sançes məni komandaya dəvət edəndə nə etdiyini bilirdi. Dəvət edibsə, deməli, güvənir. Səbrsizliklə "Portu" ilə cavab oyununu gözləyəcəyəm.

- Baş məşqçi oyundan sonra nə dedi?
- Ayrıca heç nə demədi. Əvvəlki oyunlarda necə, bu dəfə də elə. Sadəcə, yığmaya komandaya gedən oyunçulara uğurlar arzuladı.

- Bu oyun sizi komandanızın bir nömrəsi edə bilər?
- Burada hər şey o qədər də asan deyil. Əsas heyətdə yer almağa layiq olduğunu hər oyunda isbatlamalısan.

- Belə oyundan sonra yəqin ki, yığmamızın düşərgəsinə yaxşı əhval-ruhiyyədə gələcəksiniz...
- Klubdakı işlərimizin necə getməsindən asılı olmayaraq, mən yığmamıza həmişə yaxşı əhvalla gəlmişəm. Qarşıda bizi Norveç və Çexiya ilə oyunlar gözləyir. San Marino üzərindəki qələbənin davamını gətirməli, xal qazanmalıyıq. Vətənə qayıtdığım üçün də şadam. Elə darıxmışam ki. (azerisport)


oxunma sayı: 964 | Paylaş:




?>