')

Bu gün:


FutbolPress.Az | Mançester: "Qırmızı" - "Mavi" qarşıdurma

Mançester: "Qırmızı" - "Mavi" qarşıdurma


oxunma sayı: 920 Paylaş:

FutbolPressŞənbə günü futbol azarkeşlərinin diqqəti Mançester derbisində olacaq. Əzəli rəqiblər “Mançester Yunayted” və “Mançester Siti” “Old Trafford”da üz-üzə gələcək.

Mançester şəhərinin “qırmızı” yoxsa “mavi” olduğunu aydınlaşdıran oyunla bağlı bəzi statistik və maraqlı məlumatları diqqətinizə çatdırıram.


- Mançester Derbisinin əsası 12 noyabr 1881-ci ildə qoyulub. O zamanlar  “Siti” “Vest Qorton”, “Yunayted” isə “Nyuton Hit” adlanırdı. İlk derbinin qalibi “Nyuton Hit” olub – 0:3.

- İndiyədək gerçəkləşən 171 derbidə “Yunayted” 71 qələbə qazanıb, “Siti” isə bu göstərici 49-dur. 51 görüşdə qalib müəyyənləşməyib.

- Mançester Derbilərində qolların nisbəti belədir: “Yunayted” – 223, “Siti” – 218.

- Bu komandaların son 6 qarşılaşmasında “mavilər” 3, “qırmızılar” 2 qələbə qazanıb, 1 matç heç-heçə yekunlaşıb.





- İngiltərə Birinci Divizionu Premyer Liqa adlanandan bu yana  “Old Trafford”da 19 derbi reallaşıb. “Arzuların teatrın”da baş tutan bu oyunlarda meydan sahibləri 10 qələbəyə sevinib, 4 məğlubiyyətə üzülüb. 5 matçda isə bərabərlik qeydə alınıb.

- Mançester Derbilərində ən çox forma geyinmiş futbolçu Rayan Giqqzdir. Uelsli əfsanə 36 matçda “Yunayted”in uğurları üçün tər töküb.





- Derbilərin ən məhsuldar futbolçusu 11 qolla Ueyn Runidir (“Yunayted”). Vaxtilə “Siti”nin şərəfini qorumuş Co Hayes və Frensis Li 10 dəfə “qırmızı şeytanlar”ın qapısını dəqiq nişan alıb. Karyerasını davam etdirən “şəhərli” futbolçular arasında isə derbidə ən çox qol vuran Serxio Aquerodur – 8 qol.




- Mançester Derbiləri tarixində qol vuran ən gənc futbolçu Markus Reşforddur - 18 yaş 141 gün.




- Əzəli və əbədi rəqabətdə ən çox azarkeş 20 sentyabr 1947-ci ildə qeydə alınıb. “Meyn Roud”da (“Siti”nin keçmiş stadionu) baş tutan matçı 78 min futbol azarkeşi izləyib.

- Mançester Derbilərində qeydə alınan ən böyük hesablı qələbələr
• “Yunayted”  1–6  “Siti” (23.01.1926)
• “Yunayted”  0–5  “Siti” (12.02.1955)
• “Yunayted”  5–0  “Siti”  (10.11.1994)
• “Yunayted”  1–6  “Siti”  (23.10.2011)





- İndiyədək 29 futbolçu Mançester şəhərinin hər 2 ən böyük klubunda çıxış edib:  Billi Meredit, Bert Rid, Co Kassidi, Frank Barrett, Cimmi Bannister, Sandi Törnbull, Herbert Burqess, Corc Livinqston, Horeys Blyu, Herbert Brumfild, Miki Hamill, Vilf Vudkok, Bill Deyl, Harri Rouli, Denis Lou, Brayan Kidd, Vin Deyvis, Semmi Makalroy, Piter Barns, Con Qidman, Piter Berdsli, Mark Robins, Andrey Kançelskis, Piter Şmeyxel, Terri Kuk, Endi Koul, Karlos Tevez, Ouen Harqrives.

- “Yunayted”in əfsanəvi baş məşqçisi Mett Basbi futbolçu kimi “Siti”də çıxış edib. Futbolçuykən “qırmızı şeytan” olmuş Stiv Koppell və Mark Hyuz isə baş məşqçi kimi “şəhərlilər”i çalışdırıb.

- Üç turdan sonra  maksimum nəticə göstərən “Siti” cari Premyer Liqanın birinci, “Yunayted” isə üçüncü pilləsində qərarlaşıb.  Komandaların top nisbəti belədir: “Siti” – 9:3, “Yunayted” – 6:1.

- Cari Premyer Liqanın IV turuna təsadüf edəcək budəfəki Mançester Derbisinə hər iki klub aşağıdakı heyətlə çıxsa, futbol tarixinin ən bahalı derbisinə şahidlik edəcəyik.





- “Yunayted” son 9 ev oyununun 8-də qələbə qazanıb.

- “Yunayted”in “Old Trafford”dakı son 7 matçının 6-da orta hesabla 2,5-dən az qol olub.

-  “Siti” cari Premyer Liqada keçirdiyi 3 matçın hamısında həm ilk hissəni, həm də oyunu öz xeyrinə başa vurub.

- “Siti” son 7 qarşılaşmasının 6-da ən azı 2 qol vurub.

- “Yunayted”in baş məşqçisi Joze Mourinyo baş məşqçilik karyerası ərzində cəmi 3 dəfə Pep Qvardiolanın (“Siti” baş məşqçisi) çalışdırdığı komandalara qalib gəlib, 7 dəfə məğlub olub, 6 matçda isə bərabərliyə razı olub.

- 172-ci Mançester Derbisinin baş hakimi FIFA referisi Mark Klattenburq olacaq. O, sentyabrın 10-da Bakı vaxtilə saat 15:30 matçın start fitini səsləndirəcək.


Elmar Rza


oxunma sayı: 920 | Paylaş:




?>