Azərbaycanlı futbolçu oynadı, komandası növbəti mərhələyə yüksəldi
Paylaş:
İspaniya "kral kuboku"nda 1/32 final mərhələsinin oyunları keçirilir.
Azərbaycan milli komandasının üzvü Eddi İsrafilovun çıxış etdiyi "Kadiz" öz meydanında "Levante" ilə qarşılaşıb. Əsas vaxtı 1 - 1 hesablı bərabərlikıə başa çatan matçın qalibi penaltilərlə müəyyənləşib. Burada daha dəqiq olan "Kadiz" növbəti mərhələyə vəsiqə qazanıb.
Eddi İsrafilov matça ehtiyat oyunçular skamyasında başlayıb. O, 72-ci dəqiqədə Abdullah Rafidineni əvəz edib. Eddi penaltilər seriyasında topa yaxınlaşmayıb.
| Paylaş: