')

Bu gün:


FutbolPress.Az | Alverә şәrait, yoxsa nәzarәtin gücsüzlüyü? (YAZI)

Alverә şәrait, yoxsa nәzarәtin gücsüzlüyü? (YAZI)


oxunma sayı: 1147 Paylaş:

FutbolPressBugün Azərbaycan I Divizionunun 2016/2017-ci il mövsümünün püşkü atılıb. Mərasimdən sonra PFL-in prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb. Həmkarlarımızdan biri qurum rəhbərinə  “Şərurspor”un sahibinin şəhərin bir neçə yerində bukmeker kontoru işləməsi ilə bağlı sual ünvanlanıb. Cənab Musayevin jurnalistə verdiyi cavabı olduğu kimi diqqətinizə çatdırırıq:

"Gəlin gedək baxaq, harda yerləşir? Bizdə şər atmaq asandı. Onlar kontor sahibidirlərsə, niyə pul xərcləyib, komanda saxlayırlar"?

Şərur təmsilçisinin rəhbəri olan Sərdar Bağırovun obyektlərinin harada yerləşdiyini dəqiq deyə bilmərik, amma klubu nə üçün saxladığının cavabını asanlıqla verə bilərik. Komandanın əsas dəstəyi elə bütövlüklə "qara bazar"dan gəlir. "Şərurspor"un ötən mövsüm ictimaiyyətə qaranlıq qalan nəticələrindən asanlıqla bunu görmək olar. Gəlin komandanın keçən il qeydə baş tutan bir sıra oyunlarına nəzər yetirək.

1) İlk dövrədə səfərdə "Göyəzən"i 0:5 hesabı ilə məğlub edən "Şərurspor" XV turda qazaxlılara 0:3 hesabı ilə uduzur.

2) XX turda "Şərurspor" doğma meydan mükafatlar uğrunda mübarizə aparan MOİK-ə 0:3 hesabı ilə məğlub olur.


Hamı deyə bilər ki, burada qeyri-adi heçnə yoxdur. Birincisi surpriz nəticə, ikinci isə adi oyun hesabıdır. Amma məsələ tam başqadır.  FİFA-nın məlum məsələrdən sonra "Bakı"nın hesabından xallarını silməsi belə "Göyəzən"in sonuncu pillədən canını qurtara bilməmişdi. Həm maliyyə, həm də heyət baxımından "Şərurspor"dan geri qalan qazaxlıların qələbəsi surpriz yox, planlanlaşdırılmış oyunun bir parçası idi. Bunu uşaqdan tutmuş böyüyə kimi hamı bilir ki, ortabab komandalarla autsayderlər qarşılaşanda kontor şirkətləri birinciyə nisbətən ikinciyə daha çox əmsal verir. Həmin gün "Azərbaycan futboluna maraq göstərən" variant yazanlar əmin idilər ki, qələbəsinə 1,25 əmsal verilən "Şərurspor", qalibiyyəti 15 olan "Göyəzən"i asanlıqla məğlub edə bilər.

Gələk indi "Şərurspor" - MOİK matçına. XXII turda baş tutan oyunda bir sıra hakim səhvləri baş verdi. İlk hissəsində qol vurulmayın matçın ikinci yarısında "hərbiçilər" 3 dəfə fərqləndilər. Mərc oyunları ilə maraqlananlar bilər. Azərbaycanda bu sahəyə nəzarət edən, Premyer Liqanın sponsoru olan "Topaz" belə I Divizionun oyunlarına uduş qəbul etmir. Digər qeyri-leqal şirkərlər isə bizim çempionata pul qoyuluşu etməyə maraqlıdırlar. Məsələn, "Tipsterlabs.com" portalı 2013-cü ildən bəri Premyer Liqanın bütün oyunları üçün əmsallar açıqlayır və öz izləyicilərinə təqdim edir. Saytı biraz axtardıqda görərsiniz ki, burada ölkəmizin aşağı divizionunda pul qoyuluşu etmək qeyri-mümkündür. Amma, lakin ...



14.04.2016-ci il tarixində isə sayt I Divizionun "Şərurspor" - MOİK matçı üçün bütün kateqoriyalar üzrə əmsallar açıqlayır. Qəribədir, deyilmi? Mövsüm ərzində ancaq Premyer Liqa oyunlarına maraq göstərən portal birdən-birə Divizion oyununa uduş qəbul edir. Özü də yüksək əmsallarla ((MOİK-in qələbəsi - 2.05), (İlk hissə bərabərlik/İkinci hissə MOİK-in qələbəsi - 5.55), (Oyunun nəticəsini doğru tapmaq - 0:3 - 17 və ya 19), (2,5 ÜST/ALT - 2,75)).

Bu araşdırmadan sonra PFL-ə, AFFA Lisenziyalaşdırma Komitəsinə "Şərurspor" rəhbərlərinin hansı məqsədlə komandanı saxladıqları aydın olar. Onlar bilər ki, Sərdar Bağırov bu mövsüm də onların sayəsində "qara bazar"dan, çempionatda iştirak edən komandası vasitəsi ilə külli miqdarda pul qazanacaq. Oyun alqı-satğısı məsələrinə ciddi yanaşan FİFA İntizam Komitəsi bu səbəbdən ölkəmizi ciddi şəkildə cəzalandıra, klubları avrokuboklardan və ya milli komandanı Avropa və ya Dünya Çempionatının seçmə mərhələsindən kənarlaşdıra bilər. Ümid edək ki, futbol rəsmiləri belə hallara göz yummayacaq, lazım tədbirlərə əl atacaqlar.

İLKİN Sultanlı






oxunma sayı: 1147 | Paylaş:




?>