')

Bu gün:


FutbolPress.Az | Qriqorçuk: "Oyunçularımı ayrı-ayrılıqda qeyd etməyi xoşlamıram" (MÜSAHİBƏ)

Qriqorçuk: "Oyunçularımı ayrı-ayrılıqda qeyd etməyi xoşlamıram" (MÜSAHİBƏ)


oxunma sayı: 732 Paylaş:

FutbolPress

Avropa Liqasının pley-off mərhələsinin ilk matçında "Qəbələ" "Maribor"a 3:1 hesabı ilə qalib gəlib.
 
Oyunsonrası mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:
 
 -Hesab 0:1 olarkən özünüzü necə hiss edirdiniz, indi əhvalınız necədir?
- 1:0 bizim xeyrimizə olmalı idi. Hiss edirdim ki, təcili sürətdə qol vurmalıyıq. İndi də fərqli bir şey hiss eləmirəm. Özümü və futbolçuları növbəti oyuna adaptasiya etməyə çalışmalıyam.
 
- Nəticəni dəyişə biləcəyinizi inanırdınızmı?
- Emosional şəkildə düşünmürdüm ki, oyunu çevirməliyəm. Sadəcə fikirləşirdim ki, nəsə etməliyəm və bu da bizim xeyrimizə olmalıdır.
 
- Rafanın üstündə çox qışqırırdınız. Buna səbəb nə idi?
- Onu çox istəyirəm. Bir sıra səhvlər edirdi. Mən də xəbərdarlıq etdim ki, bunları etmə. O da başa düşdüyünü dedi, amma 5 saniyə sonra yenə təkrarladı. Buna baxmayaraq onu çox istəyirəm.
 
- Rəqibin baş məşqçisi üçüncü qolda qolkiperə qarşı kobudluq olduğunu dedi. Siz bu barədə nə düşünürsünüz?
- Bu haqda heçnə deyə bilmərəm. Çünki epizodu təkrar izləməliyəm.
 
- Vernidubun çıxışı sizi razı saldımı? Cavab görüşündə Rəşad Sadiqovun zədəsi saxalsa, nə edəcəksiniz?
- Oyunçularımı ayrı-ayrılıqda qeyd etməyi xoşlamıram. Verniduba gəldikdə isə o, bu mövqedə yaxşı oynadı, əsl profesional kimi davrandı. Özü də oyunundan razı qaldı. Gələn matça kimi 6 gün vaxt var. Hələ bu haqda bir şey deyə bilmərəm.


oxunma sayı: 732 | Paylaş:




?>