')

Bu gün:


FutbolPress.Az | İqbekoyi: "İnanıram ki, bu il daha yaxşı nəticələr əldə edəcəyik" (MÜSAHİBƏ)

İqbekoyi: "İnanıram ki, bu il daha yaxşı nəticələr əldə edəcəyik" (MÜSAHİBƏ)


oxunma sayı: 549 Paylaş:

FutbolPress

"Zirə"nin yarımmüdafiəçisi Viktor İqbekoyi ilə Premyer Liqanın II turunda səfərdə "Neftçi" üzərində qazanılan qələbədən, komandaya geri dönməyindən danışdıq. Nigeriyalı futbolçu çempionatın növbəti matçında AZAL-a da qalib gəlmək istədiklərini dedi.
 
"İnanıram ki, bu il daha yaxşı nəticələr əldə edəcəyik"
 
 - "Neftçi"ni 1:0 hesabı ilə məğlub etdiniz...
 
- Çox yaxşı və çətin oyun oldu. Qalib gəldiyimiz üçün çox xoşbəxtəm. 
 
- Ötən il çempionatda öz meydanınızda 3-4 məğlubiyyətiniz oldu. Bu mövsüm isə Premyer Liqanın ilk turundaca evdə "Sumqayıt"a uduzdunuz.

- İlk tur idi. Komandanın oyunu alınmadı. Qalib  gələ də bilərik, uduza da.  "Zirə" yaxşı komandadır. İlk oyuna görə mövsümü dəyərləndirə bilmərik.
 
- Komandada bir sıra dəyişiklər oldu. Əsas qol silahınız Nelson Bonilya və bir neçə futbolçu klubdan ayrıldı. Bu, oyun tərzinizə təsir etməyib ki?
 
- Komandada yaxşı futbolçular var.  Yeni mövsümə uğurlu start vermişik. İnanıram ki, bu il daha yaxşı nəticələr əldə edəcəyik. Oyunçular dəyişilib, rəhbərlik və məşqçilər eynidir.
 
- Klubun prezidenti də istefa verib.
 
- Bu barədə eşitmişəm, amma  struktur məsələləri haqda heçnə deyə bilmərəm.
 
- Onun komandadan ayrılması səni narahat etmir ki?
 
- Xeyr. O, çox əla klub rəhbəri idi. Keçən il mənimlə və digər futbolçularla çox yaxşı rəftar edirdi.
 
- Ötən mövsümün sonunda komandadan ayrılsan da, yenidən müqavilə imzaladın. 
 
- Mövsüm bitən kimi bir sıra problemlərlə üzləşdim. Bu, ailəmə aid, şəxsi məsələlər idi. Hazırda hər şey qaydasındadır və yenidən komandaya qayıtdım. Onlar məni xoş qarşıladılar və burda olduğuma görə xoşbəxtəm.
 
- Növbəti həftə AZAL-a qarşılaşacaqsınız. Ardıcıl ikinci qələbənizi qazana biləcəksiniz?
 
- Gəlin, gələn cüməni gözləyək. Əvvəlcə oyuna hazırlaşmalıyıq. Bu matç "Zirə" üçün çox vacibdir. Ümid edirəm ki, bunu bacaracağıq. Hər matçda qalib gəlməyimizi istəyirəm.

İlkin Sultanlı


oxunma sayı: 549 | Paylaş:




?>