')

Bu gün:


FutbolPress.Az | Kontur yoxdur (KİÇİK QEYD)

Kontur yoxdur (KİÇİK QEYD)


oxunma sayı: 589 Paylaş:

FutbolPressYenə dəyişilmirik. Klub saytları proseslərin heç 20-30 faizini yazmır. Məcburən bir-bir zəng vurub, kimi transfer elədiklərini, hazırlığın necə keçdiyini, zədəliləri və s. özlərindən dəqiqləşdiririk. 8 klubu həftəlik  18 açıqlamaya vursaq, xeyli kontur məsrəfi olur.

Əgər bunu zəngdən sonra deyəcəksinizsə, mümkünmü ki, deyəcəyiniz çərçivədə elə rəsmi saytda yazasınız? Aralarında normal işləyənləri var, ancaq ad çəkib, narazılıq temperaturunu qaldırmaq olmasın. Özünüz klub saytlarına baxın, dərhal görəcəksiz hansı işləyir, hansısı jurnalistlərin konturuna qənim kəsilib. Etməyin, eləməyin...

Bayaq qərara gəldik ki, 8 APL klubunun bugünəqədərki son durumunu və mövsümə hazırlıq prosesini izah eləyən hesabat yazısı hazırlayaq. Baş vurduq saytlara, heç nə tapmayıb, geri qayıtdıq. Fikirləşdik ki, 10-15 manatlıq kontur yükləyib, bir-bir hamısına zəng vuraq, nəyin nə oldğunu öyrənək.

Kontur yoxdur.


oxunma sayı: 589 | Paylaş:




?>