')

Bu gün:


FutbolPress.Az | Adams "Qəbələ"yə nə qazandırdı? (KİÇİK QEYD)

Adams "Qəbələ"yə nə qazandırdı? (KİÇİK QEYD)


oxunma sayı: 676 Paylaş:

FutbolPressTanınmış Toni Adamsın Azərbaycan futbolunda olması prestij baxımdan əvəzsiz idi. "Qəbələ" hansısa səviyyəli rəqiblə sparrinq oynamaq istəsə, təklifin rədd edilməməsi və s. bu kimi məsələlərdə onun  klubda olması öz əhəmiyyətini göstərməmiş olmazdı. İşin digər lükslarını da saymaq olar...

Məsələ bir az başqadı. Bizim futbolda inkişaf nə həddədi, proseslərin gedişatı hansı mərhələdədi - ciddi təhlildən sonra Adams fiqurunun burda olması ritorik suallar çıxarırdı ortaya. Və ən əsası, Toni burda olanda "Qəbələ" hansı idarəetmə modelində idi - siz heç bunu düşünmüsüz? 

OK, devalivasiyadan öncə "qırmızı-qaralar" istəyirdi ki, Azərbaycanın top klubu olsun. Belədə idarəetmə strukturunda da top-adlar olmalıydı; bu, müasir quruluşun şərtlərindəndi. 

Ancaq elə oldu ki, maliyyə zəlzələsi Azərbaycan futbolunu da uçuruma yuvarlatdı. Bir az emosional ifadə etsək də, belədi. 

Sadə misalda mahiyyətə nəzər yetirək: əvvəllər "Xəzər Lənkəran"  vaqon-vaqon oyunçu gətirib, göndərərdi. İlk devalivasiyadan sonra 50, ikincidən sonra isə 100 faiz çökən bir klub qaldı ortada. 

Bu səhvləri görən ətraf klublar maliyyə silkələnməsinə qarşı tədbirlər görməyə başladı. Onların arasında ən fəalı "Qəbələ" oldu. Dərhal heyətin bahalı legionerlərindən imtina, müəyyən layihə ixtisarları və s.

O zaman gedənlərdən biri də Adams olmuşdu. O, özü getmişdi, yoxsa dost Tale Heydərov belə məsləhət bilmişdi - dəqiq iddia eləmək asan deyil. Görünən odur ki, mütəxəssis artıq Çindədi. 

Bir müddət əvvəl "Arsenal"ın 18 yaşlılardan ibarət komandasının məşqçilik postundan  ayrılıb, artıq "Çuntsin Lifan"ın gənclər departamentinin direktorudu. 

Bu, Çin futbolu üçün uğurlu addımlardan biri kimi hesab edilə bilər. Son 3 ildə bu ölkə futbola həm PR (Public relations - ictimaiyyətlə əlaqələr), həm metodik baxımdan ciddi layihələr tətbiq edir və güman ki, yaxın 5-6 ildə artıq uğurlu nəticələrini görəcəyik.

Bəs görək Adams bizim futbola nə fayda verdi? Onun burda olması "Qəbələ" adına nəyi dəyişdi, nə qədər vaciblik yükünə malik idi və s.

Bunlar ritorika yükü ağır olan suallardır.  Və güman ki, bu suala hansısa klub rəsmisindən cavab istəmək dəqiqlik olmaz. Bunlara yalnız klubun prezidenti Tale Heydərov aydınlıq gətirməlidir. Çünki Adams həm mütəxəssis, həm də onun dostu qismində "Qəbələ"də idi. Ən azı, bu, belə görünürdü.

P.S. "Qəbələ"nin transferlərinə qarışmaq yox, məsləhətləri böyük ehtimalla, olub. Açığı, son illərdə ilk dəfədi ki, bölgə klubunun bu qədər müfəssəl transferlər elədiyini görürük. Adams gedişinin düşərliliyi..? Yox, bu sualla lokal çərçivəyə sürüklənməyək. Burda olmasının faydaları və ya əksi haqda fikir yürütməkçün sorğulara cavab lazımdır.


oxunma sayı: 676 | Paylaş:




?>