')

Bu gün:


FutbolPress.Az | Üçqat prezident (ZARAFATSIZ)

Üçqat prezident (ZARAFATSIZ)


oxunma sayı: 819 Paylaş:

FutbolPressBayaq AFFA-nın binasında Peşəkar Futbol Liqasına prezident seçkisi oldu. 2008-ci ildə yaradılan quruma 3-cü dəfədir ki, rəhbər seçkisi olur.

3-cü dəfədir ki, seçkidə Ramin Musayevdən başqa namizəd olmur.

3-cü dəfədir ki, Musayev heç nə olmamış kimi, seçkiyə qatılır, seçilir, seçkidən sonrakı brifinqdə media ilə zarafatlaşıb, gedir.

Bugün bir analoji suala,  “Toyum olmayıb ki, həyəcanlı görünüm” cavabı verib. Bu cavabla Musayev bir qədər zarafat eləyib. Ancaq işin içində zarafatlıq bir şey qalmayıb. Deyək ki, AFFA prezidenti Rövnəq Abdullayev həm də ARDNŞ-ə rəhbərlik elədiyi üçün seçilir hər dəfə. Yəni futbol birbaşa tamamilə neftdən maliyyələşir və s. 

Bəs PFL prezidentliyi niyə Musayevdən tam asılı qalıb?  Əlahiddə hansı üstünlüklərinə görə?

PFL prezidenti postu onunçün o qədər adiləşib ki, seçkiyə qatılmaq/seçilmək artıq onunçün toyundan daha az həyəcanlı olub...

Səsverənlərdən də onun əleyhinə mövqe qoyan olmamışdı, olmayıb. Bunu əzbərdən bilirdik onsuz.

Bəs PFL-in qarşıda hansı islahatları olacaq? – “Ə bajoğlu, dırıldama ha ha hə he”...


Elçin


oxunma sayı: 819 | Paylaş:




?>