')

Bu gün:


FutbolPress.Az | Messi, Maradona, Ronaldo, Pele... (QEYD)

Messi, Maradona, Ronaldo, Pele... (QEYD)


oxunma sayı: 685 Paylaş:

FutbolPressFutbol fərdiyyətdən azı 20 ildi imtina edib/etməkdədir. Etməyənlər də uğursuzluqlar qarşısında sınır/edir. Son misal kimi Braziliya millisini göstərmək olar. Onların müasir futbolla ayaqlaşa bilməməsi forma dəyişikliyini labüd edir.

Odur ki, müasir futbolun ulduzlarını keçmiş ulduzlarla müqayisə eləmək uyğun gəlmir.

60-70-80-lərdə uğur payı fərdiyyət üzərində dayanmışdı. Komandalar əsasən fərdi üstün futbolçuları üzərində qururdu oyunu. Bütün kommunikasiyalar o fərdlərin üzərindən cızılırdı, düzənlənirdi. Qısaca: hollandların futbola bəxş elədiyi anlayışla bu model, bu təfəkkür artıq tarixə qovuşmağa başladı...
Məsələn, Messi "Barselona"da sistemdən kənar heç nə edə bilməz. Bu komanda konkret sistem komandasıdır. O, Argentinada da eyni tərzi tətbiq eləmək istəyir, ancaq dəstəkçiləri o səviyyədə deyil. Əgər Runi 2-3 cəhddə topla çox və artıq hərəkətlər eləsə, Ferqüsson onu çıxarardı meydandan - olmaz! Futbol tamaşalıqdan çıxıb, güc-komanda-ağıl işinə çevrilib. Siz aldanmayın, Argentinanın heyəti deyilən qədər güclü deyil.

Messi bəzi məqamlarda oyunu öz üzərinə götürmək istəyəndə dərhal bloklanır, azı 2 nəfər tutur onu. Müasir futbolda zəif rəqib anlayışı qalmayıb. Səni bloklayandan sonra sənin nə ronaldoluğundan əsər-əlmaət qalır, nə messiliyindən...

Keçmişdə futbolçular indik qədər vitaminizasiya keçməyiblər. İndiki kimi məşqlər olmayıb. Hər şey elmi dəqiqləşdirilib, tətbiq edilməyib. Əvvəllər fiziki yüklənmə, bəlkə də, indikindən çox olub, ancaq ziyanlı. Müasir idmanda hər yükləmənin öz saniyə hökmü, hər bərpa prosesinin öz proqramı var. Kənar heç nə olmaz. İndi futbolçular fiziki tam başqa cür hazırlanır. Çox güclənib futbol. Hər mövqedə artıq müxtəlif oyun cərəyanları var və məşqçilər min cür manevr edirlər. Ən güclü rəqibi belə, yaxşı komanda oyunuyla azdırmaq olur.

Belə ümumi bənzətmələr çox çəkə bilərik. Əsas qayə odur ki, gəlin, Messini Maradona ilə, Ronaldonu Pele ilə və s. müqayisə eləməyək. Eləyək, ancaq əsas predmeti bu müqayisəyə bağlamayaq. Zamanların hökmü tam fərqlidir, çox fərqlidir. Nyutonun kəşfi o dövrün əfsanəsi, ancaq Houkinqin fiziki nəzəriyyələri bugünün fenomenidir və bunlar arasında inanılmaz qədər fərq var. Müqayisə heç yaramır...

Futbol təkbətək mübarizə növü deyil ki, deyəsən, filan vaxtı filankəs beləydi, indi filankəs onun kimi ola bilmir. Məsələn, boksda Məhəmməd Əli və ya Tayson olmaq artıq mümkünsüzdür. O güc və o texnika dəyişilməzdir, fərdidir və s. İndi Meyvezer başqa cür boksla qalib gəlir, rekordlar qırır, ancaq o, Taysonu keçə bilməyib - texnikada, fizikada və s.

Futbol 22 nəfərin bir-biriylə mübarizəsidir və həm də bir-birini öyrənməsidir. 20 il əvvələ baxanda indi meydanda məşqçilər min hoqqa çıxara bilirlər. Futbola inanılmaz güc gəlib. Əvvəlki futbolçulardan yalnız futbolçu çıxardı, indikilərin fizikası üstündə 2-3 ay işlə, texnikasını dəyiş, hazır MMA döyüşüsü düzəlt ondan.

Belə bir dövrdə meydanda Ronaldo, Messi və s. fenomenlər varsa, sözsüz ki, onlar 20-25-30 il əvvəlin futbolçularından individual üstündülər.
Futbol bütün idman növləri içində ən sürətli inkişaf keçmiş növdü. Forma, mahiyyət və s. Öz şahlığını heç nəyə təslim edənə oxşamır. Biz bu ecazkarlığı bizə sevdirənləri müqayisə edib əhvalımızı kormalaqdansa zövq alaq.

Elçin 


oxunma sayı: 685 | Paylaş:




?>