')

Bu gün:


FutbolPress.Az | Venger : "Vardi? Ona uğurlar!"

Venger: "Vardi? Ona uğurlar!"


oxunma sayı: 438 Paylaş:

FutbolPressİngiltərə Premyer Liqasında çempion  olmaqla adından söz etdirən "Lester"in uğur yolunda əsas pay sahibi - hücumçu Ceymi  Vardini transfer eləmək istəyən klublar çox idi. Onlardan ən fəalı isə "Arsenal" idi.

Ötən həftə məlum oldu ki, Vardi "tülkülər"dən ayrılmaq istəmir. Bu gün isə "topçular"ın çalışdırıcısı Arsen Venger mövzu barədə fikirlərini açıqlayıb: "Vardi? Ona uğurlar! Biz qarşı tərəfə onu istədiyimizlə bağlı rəsmi müraciət ünvanlamışdıq. Öz qərarı isə "Lester"də qalmaq oldu. Edəcək bir şey yoxdur. Transfer çalışmalarımızı davam etdirəcəyik. Biz onu istəyirdik, ancaq o qədər də yox".


oxunma sayı: 438 | Paylaş:




?>