')

Bu gün:


FutbolPress.Az | “Land Cruiser” sürüb, təqaüdə möhtac qalmaq (QEYD)

“Land Cruiser” sürüb, təqaüdə möhtac qalmaq (QEYD)


oxunma sayı: 1343 Paylaş:

FutbolPressAFFA İcraiyyə Komitəsinin son  mübarək iclasındakı qərarlardan biri belə olub: AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə uyğun olaraq, futbol veteranı Füzuli Cavadova və Nurəddin Əliyevə AFFA-nın təqaüdü verilsin.

Füzuli Cavadov bizim canlı korifey, yaşayan əfsanə, millidə və klub karyerasında bənzərsiz çıxışlar edən, perspektivinə nə boyda ümid bəslənən Vaqif Cavadovun atasıdır.

İsgəndər Cavadov da bunlara  qardaş/əmi. Bunlar, yəni bu cavadovlar Azərbaycan futbolunda özünəməxsus iz qoymuş nəsildir. İsgəndər əmi futbolçu vaxtında ciddi dərəcədə gözəl futbolçu olub. Ancaq futbol veteranı kimi onu iki cür xarakterizə edə bilərik:

1. AFFA prezidenti olmağa iddialı olub, indiki AFFA rəhbərliyinə yarınan, məqam düşərsə “torba tikən”, bir az da məqam düşərsə, hay-həşir qopardan, pulu və səfərləri təmin ediləndə isə muma dönən kontinental xaraterli biri.

2. Bağışlayın, bilmədən ikisini də birinci variantda yazdım.

Yenicə təqaüdünə qovuşan Füzuli müəllim də futbolçu vaxtında seçilənlərdən olub. Bunlar öz yerində. Yaxşı oynayıblarsa, yaxşı da pul qazanıblar – bunların Azərbaycan futboluna xidmət dozası qazancı ilə düz mütənasib olub,  narazı qalmamalıdılar. Ancaq narazıdılar. Bilirsiz nədən? Onlara qarşı diqqətsizlikdən (Diqqətsizlik - burda pul verməməzlik, səfərə aparmamazlıq kimi oxunmalıdır).

AFFA-nın Nurəddin Əliyevə ayırdığı təqaüdü anlamaq olar hardasa, bəs Füzuliyə niyə? Təqaüdün məbləği, hardasa, 160-170 manat olmalıdır. Futbol veteranlarımızdan bu pula ciddi ehtiyacı olanlar az deyil. Kirayə evdə yaşayanı, maddi durumu pis olanı və s.

Füzuli əmi bu təqaüddən imtina edib, onu ehtiyaclı bir həmkarına yönəldilməsini istəyə bilərdimi? Bilərdi. Ancaq o, sürdüyü “Land Cruiser”inin yarım aylıq benzin pulunu heç kəsə və heç nəyə güzəşt etmək fikrində deyil!

***               ***               ***

Bir neçə il əvvəl Ağasəlim Mircavadovun başına belə bir qəza gəlmişdi. Öyrənmişdik ki, AFFA-nın ona təqaüd ayırmamasından narazılığını bildirib. Görüb ki, şikayətinə məhəl qoyulmur, daha böyük instansiyalara, prezidentə şikayət edəcəyini deyib.

İK-nın iclaslarının birində Ağasəlim müəllim də dəvət olunub. Assosiasiya prezidenti Rövnəq Abdullayev ona deyir: Mən “Neftçi”nin prezidenti olanda sənə yarım milyon verdik. Sonra atdın bizi, getdin “Xəzər Lənkəran”a, orda bundan da çox aldın. 180 manat təqaüdə möhtac qalmısan sən?

Həmin vaxt Ağasəlim müəllimin yerinə möhkəm pərt olmuş, özümüzü danlamışdıq.

Sonda onu da vurğulayaq ki, təqaüd təqaüddü, verilməlidisə, verilməlidi. Ancaq ehtiyacı olana. Onlara verilmirsə, 100 km. məsafəyə 20-25 litr benzin “içən” inomarka sürən veteranlara verilirsə, o veteranlara nə gəlib; nədən bu pulu, türkün sözü, acımasızcasına mənimsəyirlər?

Haçansa düzəlsəniz belə, düzələn deyilsiniz...

Elçin Cəlilov



oxunma sayı: 1343 | Paylaş:




?>