')

Bu gün:


FutbolPress.Az | Braziliya futbol mentaliteti və Dunqa... (KİÇİK QEYD)

Braziliya futbol mentaliteti və Dunqa... (KİÇİK QEYD)


oxunma sayı: 1054 Paylaş:

FutbolPressAÇ dünyanın futbol gündəmini elə işğal eləyib ki, Braziliyanın "Copa America"da qrupda qalması o qədər detallı müzakirə olunmadı. Əsas danışılan məsələ baş məşqçi Dunqa oldu; qınandı, istefa verib, geri dönməsi lağa qoyuldu,  yenidən qaytarılacağına eyhamla fikirlər bildirildi və s. Bunlar səthi yanaşmadı, Dunqa günahkar deyil...

Fikrimcə, Braziliyanın Amerika kubokunda qrupda qalması bu komandanın böhranda olduğuna ilk göstərici deyil. Son 6-7-8 ildə "pentakampeonlar" əvvəlki özünə bənzəmir. 

Səbəb?

Dünya futbolunda təfəkkür xeyli dəyişib. İndi 2-3 hücumçu ilə oynayan böyük komanda qalmayıb. İndi fərdlər qabarmır, komada futbolu hökm edir, sistemli oyun tərzi dominantdı. Braziliya isə dünya futboluna hücumçu istehsalı, hücum modeli və fərdi oyun yükü ilə "xox gəlirdi". Artıq o dövr keçib... Ona görə də son turnirlərdə fiaskoya uğrayırlar.

Komandalar əsasən tək hücumçu ilə oynayır, bəzən heç nominal hücumçu olmur meydanda... Əsas güc mərkəzə qoyulur, müdafiə meyarlı futbola üstünlük verilir, fərdi oyundan isə demək olar ki, tam imtina edilib. Yalnız Avropada Portuqaliya bunu tərgitmir, onun da acısını daim çəkir - güclü oyunçuları olsa da, nəticələri yaxşı olmur. Böyük komanda ola bilmir və s.

Dunqa öz ölkəsində bunu dəyişmək istəyir. Ümumiyyətlə, Braziliya Futbol Federasiyası tez-tez Dunqanı baş məşqçi təyin eləməklə sanki bu mentaliteti yeniləmək niyyətinddir. Məşqçilərdən yalnız o, bunun tərəfdarıdır deyə, onun praqmatik futbol tərzini ölkə futboluna yeritmək istəyirlər.

Onun yığmaya seçiminə baxanda, oynatdığı futbol tərzini görəndə asanlıqla bunu sezmək olur. Əslində, Dunqa doğru düşünür, ən azı, müasir futbol tempi bunu tələb edir. Sadəcə, Braziliyanın fubol mentalitetini dəyişmək çox çətin görünür. Onların eqosunu sındırmaq illər aparacaq - bəlkə də mümkün olmayacaq...

Elçin Cəlilov


oxunma sayı: 1054 | Paylaş:




?>