')

Bu gün:


FutbolPress.Az | Amil Yunanov: "Bu səbəbdən də istəmirəm ki, çempionatda 8 komanda iştirak etsin" (MÜSAHİBƏ)

Amil Yunanov: "Bu səbəbdən də istəmirəm ki, çempionatda 8 komanda iştirak etsin" (MÜSAHİBƏ)


oxunma sayı: 1576 Paylaş:

FutbolPressAzərbaycan milli komandasının üzvü Amil Yunanovla yığmanın Avstriyadakı təlim-məşq toplanışı, "Sumqayıt"la yeni müqavilə bağlaması barədə söhbətləşdik.

"Samir Abasovun mənə olan güvənini sarsıtmamaq üçün sona qədər mübarizə aparacam. Gələn mövsüm də çoxlu qollar vuraraq azarkeşlərimizi sevindirməyə çalışacam"

- İlk dəfə idi ki, milli komandaya dəvət olunurdun. Təəssüratların...
- Çox yaxşı təlim-məşq toplanışı keçdik. Bu, əsas seçmə mərhələ matçlarına hazırlıq prosesi idi. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdım. Mənim üçün əsas məqsəd Prosineçkinin etimadını qazanmaq idi. Bundan sonra da əlimdən gələni edəcəm ki, yenidən milli komandaya dəvət olunum.

- Prosineçkidən fərqli nələr öyrəndin?
- Demək olar ki, çox şey öyrəndim. Çünki klubumdakı məşqçinin taktisi ilə Prosineçkinin strategiyası tam fərqlidir. Əlimdən gələni etdim ki, onun tapşırıqlarını yerinə yetirim.

- Prosineçki yalnız Andorra ilə oyunda sənə şans verdi. Makedoniya və Kanada ilə matçlarda ehtiyyatda qaldın. Bu amil gələn dəfə milliyə dəvət olunmağın üçün problem olmayacaq?
- Mən belə deməzdim. Çünki Prosineçki məşqlərdə hamıya eyni davranırdı. Düşünürəm ki, o, daha güclü komandaları qarşı oyunlarda daima milliyə dəvət olunan oyunçuları sınadı. Çalışacam ki, öz oyunumla onun diqqətimi çəkim və yenidən milliyə çağrılım.

- "Sumqayıt"la 2 illik yeni müqavilə imzaladın...
- Ötən mövsüm ilk vaxtlar əsas heyətə düşə bilmirdim. Lakin sonradan mənə şans verildi və bundan maksimum istifadə etdim. Məşqçinin mənə olan ehtimadını doğruldum. Komanda üçün lazımlı qollar vurdum. Klub rəhbərliyi də mənə güvənib 2 illik müqavilə imzaladı.

- Gələn mövsüm əsas heyətdə möhkəmlənə biləcəksən?
- Mənim işim çox çalışmaq və öz oyunumu göstərməkdir. Əlimdən gələni edəcəm ki, əsas heyət üzvü olum. Bacardığım qədər çox qol vurum və komandama xallar qazandırım. Samir Abasovun mənə olan güvənini sarsıtmamaq üçün sona qədər mübarizə aparacam. Gələn mövsüm də çoxlu qollar vuraraq azarkeşlərimizi sevindirməyə çalışacam.

- "Qəbələ"yə qayıtmaq ehtimalın var idi?
- Bu barədə heç nə bilmirəm. Çünki mənə heç bir məlumat verilməmişdi. Belə bir ehtimal olubsa da, mən bilməmişəm.

- Gələn mövsüm Premyer Liqada 8 komanda mübarizə apara bilər...
- İstəməzdim bu qərar qəbul olunsun. Əgər bu hal baş verərsə, nə qədər futbolçu qıraqda qalacaq. Bu səbəbdən də istəmirəm ki, çempionatda 8 komanda iştirak etsin. Ümid edirəm ki, Premyer Liqada 10 və ya daha çox komanda mübarizə aparar.

İLKİN


oxunma sayı: 1576 | Paylaş:




?>