')

Bu gün:


FutbolPress.Az | İcraiyyə Komitəsinin nəzərinə! (KİÇİK QEYD)

İcraiyyə Komitəsinin nəzərinə! (KİÇİK QEYD)


oxunma sayı: 748 Paylaş:

FutbolPressBu gün AFFA İcraiyyə Komitəsinin iclasında qərara alınıb ki, Azərbaycan Premyer Liqasının növbəti mövsümü 8 komandalı 4 dövriyyəli sistemlə keçirilsin. 

Komanda azlığına səbəb kimi isə qurumun prezidenti Rövnəq Abdulayev belə izah verib: FIFA və UEFA artıq belə məsələlərə həssas yanaşır, ciddi nəzarətdə saxlayır. Biz lisenziya tələblərinə cavab verməyən klubların Premyer Liqaya buraxılmasına heç cür icazə verə bilmərik".

Lisenziya tələblərinə cavab vermək deyəndə nələr nəzərdə tutulur?

Bunu öyrənməkçün affa.az saytında lisenziyalar haqda bölməyə daxil olun və şərtlərlə tanış olun.

Mövzunun əsas sualı isə budur: Azərbaycan futbolunda hansısa klubun əsas çempionatda və I Divizionda  oynaması üçün müəyyənləşdirilən lisenziya şərtləri beynəlxalq standartlara nə qədər uyğundur? I Divizionun qalibi PL-də iştirak hüququ qazana bilmirsə, burda əsas məsələ maliyyə təminatıdırsa, onda bu sahənin "xəstəlik" mənbəyi puldur. Pul isə yoxdur. Belədirsə, onda pulların havada uçuşduğu vaxtlarda hazırlanan lisenziya şərtləri niyə indiki zamana da diqtə edir?

Hər halda, ölkə futbol industriyasına tüğyan edən maliyyə böhranının səngimədiyini görən AFFA lisenziyalaşma şərtlərinə əl gəzdirməlidir. Şərtlərdə Azərbaycan şəraitinə uyğun gəlməyən məqamlar həddən artıqdır.

Əks halda, lisenziyalaşma mərəzi Azərbaycan klublarına qarşı "dəryaz funksiyasını" icra etmiş olacaq. 

Bu məsələ araşdırılsa, uzalaşmalar aparılsa, güman ki, çoxsaylı uyğunsuzluqlar aşkarlanar. Məsələn, bütün yaş qrupları üzrə komandanın olması kimi tələb - bu Avropanın hansı ölkəsində var? Və bunun Azərbaycanda tətbiqi nə qədər vacibdir?

AFFA İcraiyyə Komitəsi növbəti dəfə iyunun 13-də toplaşıb, çempionatın 8, ya 10 komandayla keçirilməsini müzakirə edib, yekun qərar verəcək. Onadək isə Lisenziyalaşdırma qrupu ilə PFL birgə işləyib, şərtlərə cavab verən klubların olub-olmamasını aşkarlamalıdır.

Çətin ki, bu qısa müddətdə müsbət cavab alınsın. Olsa belə, onda mütləq halda şərtləri pozmaq lazım gələcək. Böyük ehtimalla, növbəti mövsüm yuxarıda qeyd olunan sistemdə keçiriləcək.

Buna əsas kimi lisenziya şərtləri göstərilir. Ancaq bu şərtlərin müzakirəsi daha vacibdir. Növbəti iclasda İcraiyyə Komitəsi məhz şərtlər üzərində də müzakirə aparmalıdır.

Bu gedişlə ölkədə heç 5 klub da qalmayacaq.

Elçin Cəlilov


bu oxunma sayı: 748 | Paylaş:




?>