')

Bu gün:


FutbolPress.Az | Prosineçki: bir az xaos, bir az da panika... (QEYD)

Prosineçki: bir az xaos, bir az da panika... (QEYD)


oxunma sayı: 807 Paylaş:

FutbolPressAvstriya toplanışındakı üç yoxlama matçında milinin nəticələri: Andorra ilə heç-heçə (0:0), Makedoniya (1:3), Kanada (1:1).

Kanada və Makedoniya ilə matça internet yayım vasitəsiylə tam baxmaq imkanımız oldu. Qarşılaşmalarda Azərbaycan milisinin bütünlüklə yorğun olduğu aşkar hiss olunurdu.

Toplanışın milliyə nə verəcəyini demək çox çətindir. Çünki nə oyunlar müsbət nəsə vəd elədi, nə də düşərgədən xoş xəbərlər gəlir...

Yorğunluq özünü daha çox təkbətək mübarizələrdə, bir də son zərbələrdə göstərirdi. Şablonla götürsək, anlamaq olar – ölkə çempionatı yeni bitib, milliyə dəvət alan oyunçuların əksəri həm fiziki, həm psixoloji yorğundur, onların çoxu istirahət, sərbəstlik istəyirlər. Yəni, bir növ, azərbaycanlı futbolçunun mövsüm sonunda motivasiya problemi yaşaması, tez yorulması başa düşüləndir, idman prinsiplərinə yad olsa da, bu, belədir...

Bəraət qazandırılması daha çətin olan əsas amil yoldaşlıq oyunlarındakı taktiki yanaşma idi. Baş məşqçi Robert Prosineçkinin start heyət seçimi getdikcə cəlbediciliyi itirir. Yığmaya yeni təyin olunanda 11-liyi seçmə fəlsəfəsi əksərən maraq yaradırdı. Sonra nə oldu? Niyə belə oldu?

Yoldaşlıq oyunu olmasına baxmayın, burda həm də bütün taktiki gedişlər sınaqdan keçirilməlidir. Yoldaş Prosineçki ən sadə düsturu – xətlərarası rabitəni üçüncü – Kanada ilə matça qədər səhmana sala bilmədi.

Elədiyi əvəzetmələrdə isə bir az xaos, bir az da panika hiss olunurdu. Xaos oyunboyu əvəzetmələrdə idi. Panika isə son dəqiqələrdə edilən lüzumsuz əvəzetmələrdə - nəticəni saxlamaq kimi qorxaq detallarda özünü göstərirdi.

Ən anlaşılmaz məqam isə xorvat mütəxəssisin toplanışda komandaya fiziki yüklənmə verməsidir. Bizə çatan məlumata görə, hətta bəzi oyunçulara əlavə yükıənmə verib. Bax, bunu ondan ciddi-ciddi soruşmaq lazımdır. Cənab Prosineçki, siz bu məqamda fiziki yüklənməyə niyə ehtiyac duydunuz?

Necə görək, harda rastlaşaq onunla ki, bu və başqa məqamları soruşaq, aydınlıq gətirək...

Elçin Cəlilov


oxunma sayı: 807 | Paylaş:




?>