Cinayət, hakim, hökm... (KİÇİK QEYD)
Paylaş:
Cavid Hüseynov mövzusunda bütün tərəflərin mövqeyini dərc elədik bugünlərdə. Belə görünür ki, hökmdən əvvəl Cavidə qarşı aqressiv mövqedə olanlar çox idisə, məhkəmə qərarından sonra futbolçunun lehinə fikri dəyişənlər xeyli artıb.
Hüququn əsas fəlsəfəsi olan - cəzalandırmaq/tərbiyələndirmək predmetini nəzərə alsaq, Cavidçün verilən hökm hüququn cəza tərəfinə daha çox aiddir, nəinki tərbiyələndirmək tərəfi...
Cavid mövzusu ətrafa kifayət qədər mesaj verdi. İdmançı - jurnalist, idmançı - cəmiyyət münasibətlərində ehtiyyatlı davranmaqçün illərlə lazım olan təbliğat mexanizmi bu prosesdə daha sürətli və effektli təsir yaratdı. Bu, bir jurnalistin ölümü, bir neçə gəncin də həbsi bahasına başa gəldi. Ancaq biz bu hadisəylə boşluqları daha bariz şəkildə gördük...
Bunları nəzərə alsaq, 4 il azadlıqdan məhrumetmə məhkəmənin radikal mövqeyini büruzə verir. Əslində, hökmu başa düşmək olar. Ancaq Cavid bu hadisələrin episentrində olsa da (episentrinə gətirilsə də), dağıdıcı qüvvə deyil. Odur ki, hüququn aliliyi özünü göstərməliydi/göstərməlidir.
Böyük ehtimal, amnistiyaya düşər. Caviddən xarakter nümayişi gözləyirik... Hansı xarakter? - aministiyasından sonra yazarıq...
Elçin
| Paylaş: