')

Bu gün:


FutbolPress.Az | Vəli Qasımov fərqi (TAKTİKİ ADDIM)

Vəli Qasımov fərqi (TAKTİKİ ADDIM)


oxunma sayı: 635 Paylaş:

FutbolPressAzərbaycan kubokunun finalı.
"Qarabağ" - "Neftçi" 1:0
Qol: Mikel (120).

"Neftçi"nin oyununu bəyəndim. Vəli Qasımovun bu matça məşqçi yanaşmasnı isə lap çox bəyəndim.

Araz Abdullayevi meydandan çıxaranda bu qərara gəldim. İlk dəfədir, ümid edirəm, yenə xoşuma gələr yanaşmaları. O, Arazı sırf taktiki radikal dəyişikliyə görə çıxartdı, digər yerli məşqçilərdəki kimi şablonla - yorulmağına görə yox. Araz dəyişdiriləcək həddə yorulmamışdı. Belə dəyişikliklərdə məşqçi fərqi bilinir.

3 dayaq yarımmüdafiəçini (Migel və Riçard yaradıcı, Qara dağıdıcı meyilli) ilk onbirliyə salan Qurbanovun "full" heyətlə çıxması göstərirdi ki, var-gücüylə qələbə qazanmağa oynayacaq. "Neftçi"nin isə 5 müdafiəçi buraxması "daldan problemlər"i sığortalamağa hesablanmışdı, anlaşılan idi. 9-u yerli və gənc futbolçu olmaqla, rəqibdən zəif heyətin böyük hesabla uduzmaması üçün bu addım atılmalıydı və atılmışdı. Hətta daha yaxşısını bacardılar. 120 dəqiqə "Qarabağ"a oynamağa imkan verməməyin çox yaxşı formasını qoydu ortaya bu gün Qasımov. O, meydanın mərkəzində maraqlı rotasiyaya əl atmışdı. Araz Abdullayevi ortaya çəkmişdi. Bunu, səhv eləmirəmsə, ilk dəfə Prosineçki Qazaxıstanla oyunda eləmişdi. Hər ikisində Arazla bağlı təyinstın səhv olduğu oyunun gedişində özünü aşkar büruzə vermişdi, ancaq məşqçilərin belə radikal dəyişiliklərini sevirəm. Belə qərarların sayəsində futbola yenilik gəlir. Ümumiyyətlə, improvizasiyaya açıq hər addıma hörmətim var.
Rəhmanla Elşənin nominal insayderliyi faydalı oldu. Hər ikisi xeyli işlədi. Bu gedişlə "Neftçi" gələn mövsüm güclü olacaq. Ən əsası, komandada bu oyunda görünən hirs və nizamlı oyun "ssenarisini" inkişaf etdirmək şərtdir.


Elçin


oxunma sayı: 635 | Paylaş:




?>