"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin Futbolpress.Az-a müsahibəsi...
- Ardıcıl 3-cü mövsüm ölkə çempionu oldunuz. Hansı hissləri keçirirsiniz?
- Bu uğuru qazanmaq sevindiricidir. Hər il bizim üçün çox çətin keçir. Çünki çempionatdan əlavə olaraq Avropa Liqasının qrup mərhələsində də çıxış edirik. Uğurlarımızı daha artırmaq bizim əsas məqsədimizdir.
- Müqaviləniz bitib. Yeni xəbər varmı bu mövzuda?
- "Qarabağ" karyera baxımından ən uğurlu seçimimdir. Bu klubda 3 çempionluq görmüşəm. Avropa Liqasının qrup mərhələsində mübarizə aparmışam. Qısa olaraq hazırda burada xoşbəxtəm. Düşürəm ki, bu səbəb "Qarabağ"la müqavilə yeniləməyimə səbəb ola bilər. Lakin hələ ki, rəhbərliklə bu barədə söhbət etməmişik.
- Kubokun finalında "Neftçi" ilə qarşılaşacaqsınız...
- Ötən ilki kimi bu mövsüm də "qızıl dubl" etmək istəyirik. "Neftçi" Avropa Liqasına vəsiqə qazanmaq üçün sonacan mübarizə aparacaq. İndi bizim bütün fikrimiz bu qarşılaşmaya yönəltmişik. Çalışacağıq ki, qalib gəlib, azarkeşlərimizi sevindirək.
- İyunda Avropa Çempionatında Albaniya millisinin heyyətində çıxış edəcəksiniz. Turnirdə hansı nəticə sizin uğurunuz hesab olunacaq?
- Bu haqda düşünmək üçün hələ vaxtımız var. İndi bütün fikrimi Azərbaycan kubokunun finalına yönəltmişəm. Daha sonra milli komandaya qoşulacam. Düşünürəm ki, əvvəlcə qrup mərhələsində uğurlu nəticələr əldə edib, 1/8 final mərhələsinə yüksəlmək haqda düşünməliyik.
- Fransadakı uğurlu çıxışınız Avropa klublarının nəzərini sizə yönəldə bilər. Bu amil "Qarabağ"dan ayrılmağınıza səbəb ola bilərmi?
- "Qarabağ" heç də Avropanın güclü klublarından geri qalmır. Biz artıq Avropa Liqasında daimi mübarizə aparan komandayıq. Gələn mövsüm üçün Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmağı qarşımıza məqsəd qoymuşuq. Lakin belə hal baş verəcəyi halda əvvəlcə baş məşqçi Qurban Qurbanovla, daha sonra rəhbərliklə məşləhətləşəcəm.
Futbolpress.Az