')

Bu gün:


FutbolPress.Az | Sürət formulası: suallara qarşı  (YAZI)

Sürət formulası: suallara qarşı (YAZI)


oxunma sayı: 528 Paylaş:

FutbolPress(I Məqalə)

2014-cü ilin əvvəllərində Azərbaycan rəsmiləri Formula 1 Qran Pri yarışının Bakıda keçirəcəyini açıqlamağa başlamışdılar. Yerli mətbuatda mövzu müzakirəyə çıxarılanda artıq may ayı idi. Həmin ayın 4-də Gənclər və İdman Nazirliyinin mətbuatla əlaqələndiricisi Səmayə Məmmədova “Associated Press”ə açıqlamasında Formula 1 yarışının Bakıda keçirilməsi üçün müqavilənin imzalanacağını bildirmişdi.

Qısa müddət sonra gənclər və idman naziri Azad Rəhimov konkret açıqlamışdı: “Biz Bernie Ekklstonla müqavilə imzalamışıq və bu, Bakıda may ayında keçiriləcək mərasimdə rəsmən elan ediləcək” (BBC).
Nəhayət, Azərbaycanın 2016-cı ildə “Formula 1 Avropa Qrand pri” yarışına ev sahibliyi etməsi haqqında müqavilə ötən il iyul ayında imzalandı. Start meydançası, əsas tribuna və pit-stop nöqtəsi olaraq Bakının Azadlıq meydanının seçilib. Yarışlar Neftçilər prospekti, Hökumət evi və Qız qalası kimi şəhərin  mərkəzi hissələrindən keçəcək. Ötən ilin iyul ayının 11-də isə Meksikada Dünya Avtomobil İdman Şurasının iclasında Bakı Qran Prisinin  2016-cı il üzrə cədvəli təsdiq edilmişdi: 17-19 iyun.

***                    ***                    ***

Bakı bunadək qeyri-çempionat tipli yalnız “Baku City Challenge” (2012) və FİA GT seriyasından idman avtomobillərinin yarışına (2013) ev sahibliyi etmişdi. Ancaq bu, Formula 1 üçün yetərli təcrübə və yararlı trekin olması demək deyildi.
İdman avtomobil yarışları üzrə şərhçi Qari Votkins bildirmişdi ki,  Bakıda keçirilən yarışlar üçün istifadə olunan treklər F1 üçün münasib deyil. Yarışın Azərbaycanda keçirilməsi F1-in son illər Qərbi Avropadan başqa coğrafi regionlara keçməsi meylinin davamı olacaqdı. Bəs Bakı buna nə qədər hazır idi və necə hazırlaşırdı? 

Artıq treklər hazırdır. 12 milyon xərc qarşılığında arzulanan səviyyədə hazırlanan şərait Bakının sürətə hazır olduğunu deməyə əsas verir. 

Bakı F-1 yarışını gecə, süni işıqlandırma şəraitində keçirəcək. Bu romantika əhvallı təəsüratların Azərbaycanın real həyatına təsiri nələrdən ibarət olacaq?

Nazir qeyd edib ki, 15 minə yaxın turistin gəlişi gözlənir və bu, Azərbaycanın turizm potensialının nümayişi, inkişafı üçün bariz imkandır. O, yarışın keçirilməsi üçün 70-80 milyon dollar xərclənəcəyini bildirsə də, xərclərin ümumi məbləğini açıqlamamışdı: “Bu, kommersiya sirridir”.
 
İtaliya avtomobil klubunun başçısı Stiççi Damiani bu ilin yanvarında açıqlamışdı ki, Azərbaycan "Formula 1" rəhbəri Berni Ekklstouna 2016-cı ildən 2018-ci ilədək keçiriləcək 3 yarışa görə 150 milyon dollar ödəyəcək. Hər keçiriləcək Qran Priyə görə 50 milyon...
 
Damiani bunu da açıqlamışdı ki, Qran Prinin İtaliyada keçirilməsinə görə 28 milyon istənib, ancaq ölkə cəmi 20 milyon ödəməyə razı olub.

Ümumiyyətlə, Qərb ölkələrində bu ödəniş aşağıdır, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə isə hər ilə görə 40 milyon dollardır ayrılır (“Reuters”).
 
Bu ölkələrin sözügedən yarış vasitəsiylə turist cəlbindəki təcrübə öyrənilibmi? Bu barədə xarici mediada müsbət məqamlar qeyd olunmur. Hətta Bəhreyndə əhali yarışlara görə xərclərin yüksək olmasından narazıdırlar. BƏƏ isə bu cür layihələri sırf ölkənin dünyada təbliği üçün edildiyini rəsmən elan edib və gəlirin hökuməti narahat etmədiyi açıqlanıb. 

Azərbaycan 200 km. saatdan artıq sürətə görə nə qazanacaq, nə itirəcək?

Müşahidəçilər hesab edir ki, gəlirlər xərcləri qətiyyən qarşılaya bilməyəcək. Nazir Azad Rəhimov bildirmişdi ki, ölkə Qran Priyə bilet satışından 3-4 milyon gəlir götürməyi planlaşdırır. Bildirək ki, satışa 30 min bilet çıxarılıb və qiymət 150 manata qədərdir.
 
Bəs gəlir gözlənən əsas istiqamət – turizmdə şərait nə yerdədir?

“Azərbaycana gəlmək çox çətindir, bu, hətta şengen vizası kimi çətin və ağır prosedurdur” – Müstəqil ekspert Rüfət Qarayev belə deyir. Bəs reallıq nə yerdədir?

Xarici ölkələrin vətəndaşları Azərbaycana gəlmək üçün müvafiq ölkədəki səfirlik və konsuluqlarımıza müraciət etməldiir. Müraciəti bu linklə etmək mümkündür. http://azerbaijans.com/content_497_az.html
 
Müraciət qaydası aşağıdakı kimidir:

Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər giriş və tranzit olmaqla 2 növdə vizadan istifadə edirlər. 
1. Giriş vizası. Etibarlılıq müddəti 3 gündən 3 aya qədərdir.
- Birdəfəlik (adi) giriş vizası ölkəyə yalnız bir dəfə giriş-çıxış imkanı verir
- Çoxdəfəlik giriş vizasının etibarlılıq müddəti 1 ildən 2 ilə qədərdir. Bu viza ilə şəxs həmin müddətdə ölkəyə bir neçə dəfə gəlib gedə bilər. Bu müddət ərzində istifadə olunmazsa, viza qüvvədən düşür. 
2. Bir və ya çoxdəfəlik tranzit vizası–üçüncü ölkələrə gedən əcnəbilərə Azərbaycan Respublikasının ərazisindən tranzit keçmək üçün istifadə edilir. Tranzit vizası sahibi burada ən çoxu 5 gün qala bilər. 

Vizanın verilməsi üçün tələb olunan sənədlər:
Viza rəsmiləşdirilməsi Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında və ya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə aparılır. Bunun üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:

• 1 ədəd ərizə-anket (nümunəsi əlavə olunur);
• 2 ədəd rəngli foto-şəkil (3x4sm, ağ fonda);
• Əcnəbinin pasportu və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
• Qəbul edən tərəfin dəvət məktubu (2 nüsxədə);
• dövlət rüsumunun ödənilməsi haqqında qəbz:

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanındakı viza şöbəsi; Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin Gəncə Beynəlxalq Hava Limanındakı viza şöbəsi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin Naxçıvan Beynəlxalq Hava Limanındakı viza şöbəsində viza rəsmiləşdirilməsi üçün aşağıdakı sənədləri təqdim etmək lazımdır:
• 1 ədəd ərizə-anket (nümunəsi əlavə olunur);
• 2 ədəd rəngli foto-şəkil (3x4sm, ağ fonda);
• Əcnəbinin pasportu və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
• Qəbul edən tərəfin dəvət məktubu (2 nüsxədə);
• Viza rəsmiləşdirilməsi üçün dövlət rüsumunun ödənilməsi haqqında qəbz.

Əcnəbinin pasportunun və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədin etibarlılıq müddətinin bitməsinə 3 aydan az müddət qalarsa, viza rəsmiləşdirilmir.
 
Aşağıdakı ölkələrin vətəndaşları Azərbaycana vizasız gələ bilərlər:
1. Rusiya
2. Belarus
3. Ukrayna
3. Moldova
4. Gürcüstan
5. Qazaxıstan
6. Özbəkistan
7. Qırğızıstan
8. Tacikistan
 
Aşağıdakı ölkələrin vətəndaşları vizanı Azərbaycan sərhədində ala bilərlər:
1. Türkiyə
2. İran
 
Formula 1 Avropa Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında prezidentin sərəncamı var. Ancaq bu, rahat turizm imkanları üçün kifayət eləmir. Sərəncam, əsasən, yarış ətrafında səfər edənlərçün nəzərdə tutulub. 

Elçin Cəlilov

(Ardı var)


oxunma sayı: 528 | Paylaş:




?>