')

Bu gün:


FutbolPress.Az | Ziyafət Əsgərov, düz deyirsiniz, ancaq elə deyil... (SİTAT)

Ziyafət Əsgərov, düz deyirsiniz, ancaq elə deyil... (SİTAT)


oxunma sayı: 673 Paylaş:

FutbolPressMilli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədri Ziyafət Əsgərov idman jurnalistlərinə narazılığını bildirib. Əsgərov narazılığını Milli Məclisin bugünkü iclasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatının müzakirəsi zamanı dilə gətirib.

Deyib ki, jurnalistlər, media nümayəndələri futbolçuların transferi ilə bağlı informasiya hazırlayarkən, ciddi yanlışlığa yol verirlər: “Məsələn, bəzən ciddi bir mətbuat orqanında “Filan futbolçu 60 milyona satıldı”, yaxud da “Filan klub filan futbolçuya neçə milyon dollar ödədi”, “Filan futbolçunun qiyməti açıqlandı” və bu kimi başlıqlı yazılar verirlər. Burada uzaq başı müqavilənin qiyməti olar, axı futbolçu alınıb-satılmır... Biz burada insan alverinə qarşı mübarizədə maarifləndirmədən danışırıq, amma mətbuat nümayəndələri şüuraltı görün, nələri aşılayır? Buna son qoymaq və diqqətli olmaq lazımdır” (“Report”). 

İdman mediasına transfer xəbərlərini nə cür yazmağı məsləhət verdiyi üçün Ziyafət yoldaşa minnətdarlığımızı ərz edirik. 

Beləliklə, toplaşın,  "Eurosport", "Marca", "Goal.com", "Bild", AS, "Tuttosport" və başqaları: bugündən Ziyafət yoldaşın göstərişinə, məsləhətinə əməl eləyirik!

Bu irad bütünlüklə "beynəlxalq arendaya" da aiddir. 

Milli Məclis candır. Müzakirələrdə elə çox maraqlı və vacib  şeylər qoyurlar ki ortaya. Siyavuş Novruzovdan nə əcəb səs çıxmayıb? Fazil Mustafa hardadır? Zahid Oruc? Aqil Abbas as asmış? Siz də danışın. He he he və he...

Elçin


oxunma sayı: 673 | Paylaş:




?>