')

Bu gün:


FutbolPress.Az | Röya;  guya...? (YAZI)

Röya;  guya...? (YAZI)


oxunma sayı: 499 Paylaş:

FutbolPress"Mayın 5-dən 21-dək Bakıda təşkil olunacaq UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın səfiri, əməkdar artist Röya Ayxan Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində yerləşən Mili Komandaların Təlim-Məşq Mərkəzində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb, qitə birinciliyində millimizə uğurlar arzulayıb" (AFFA).

Təfəkkür dəyişilməlidir. Yanaşma dəyişilməlidir.

Müğənni bu kütləyə təsir eləyən əsas fiqurdur. Bu, anlaşılandır. Ancaq 17 yaşlılar arasında Avropa çempionatının Bakıda keçirilməsi çox böyük hadisədir. Görək bizim futbol idarəçiliyi bu tədbirin təbliğatına nə qədər hazırdır...

Röya millimizin üzvləriylə görüşdü” başlıqlı xəbərlərlə bu yarışa diqqət çəkə bilməyəcəksiniz. Ən əvvəl ona görə ki, artıq Azərbaycanda kütləni ardınca apara biləcək müğənni yoxdur. Keyfiyyətsiz, ucuz çıxışlarıyla özlərinə marağı azaldıblar. Maraq qalsa belə, hörmət qalmayıb/azdır - kütləni ardınca daşıyacaq səviyyədə deyil. 

Bundan başqa, Röya və ya başqa hansısa tanınan müğənninin görüşü nəyə görə hadisə sayılmalıdır ki? Səmimi olaq, etiraf edək ki, bu, yolaverdi bir şeydir. Pul var, düşüncə yox... Röyanın görüşünü təşkil eləməkçün xüsusi plana, düşüncəyə, marketinq ideyasına ehtiyac yox idi. Deməli, bu yarışın təşkili üçün zehniyyət işi olmayıb.

U-17-nin Röya ilə görüşü bu komandaya heç nə verməyəcək. Röya o görüşdə onlara hansı impuls verəcək, nə danışacaq ki, o yarışda həmin görüşdən stimul alsın bu komanda? Yaxud məqsəd yarışa tamaşaçı diqqət çəkməkdirsə, yenə Röya variantı bununçün yetərli deyil. TV-lərdə, mediada bu mövzunun təbliğatı yerində deyil. Yarışın təşkili üçün ayrılan büdcə tam imkan verirdi ki, cari işlərdən başqa, təbliğatın da uğurlu formaları düşünülsün və maliyyələşdirilsin. 

Bir müğənninin görüşünü hadisə kimi təqdim eləmək absurddur. Müğənni yarışın himnini oxudu, təbliğat üçün müəyyən promoşn tədbirlərində iştirak elədi – vəssalam. Daha hər dəfə U-17 ilə bağlı məlumat çıxanda burda yalnız Röyanın adının olması anlaşılan deyil.

Daha səmərəli, effektiv variantlar düşünmək olardı. Hansılar? Bununçün kifayət qədər yüksək məvacibə marketoloqlar çalışdırırsınız, tələb edin, ideya versinlər...

Elçin


oxunma sayı: 499 | Paylaş:




?>