')

Bu gün:


FutbolPress.Az | Şahin Diniyevin dissidentliyi (SİTAT)

Şahin Diniyevin dissidentliyi (SİTAT)


oxunma sayı: 478 Paylaş:

FutbolPress"Krediti, borcu olan adamlar stadiona gəlib, bizi izləyərək dərdlərini unudurlarsa, bu, mənim üçün bu şərəfdir. Məni yaşadan o azarkeşlərdir” - sitat "Kəpəz"in baş məşqçisi Şahin Diniyevə məxsusdur. Dünən "Sumqayıt" səfərində qazanılan çətin qələbədən (3:2) sonra mətbuat konfransında deyib bu fikri.

Şahin müəllimi kritik məqamlarda açıq danışmağı sevməyən, səmimi, ancaq çərçivəli səmimi bir xarakter kimi tanısaq da, deyəsən, onun dissitent olmaq fikri var. 

Bəy bu sitatı ilə əməlli-başlı atmaca atıb. Necə bəyəm, ölkədə borcu, krediti olanlar dərdlidir?! 

Ölkəmizin daxili-xarici gözəlliyi inkişafı o qədər çoxdur və o qədər sürətlidir ki,  insanlarımız kreditə, borca görə qətiyyən narahat olmur, Şahin müəllim.  Vaxtında bütün ödəmələri edirlər. Sosial rifah yerindədir, qətiyyən dəbərmir. 1 milyon 300 min iş yeri, devalvasiyaya baxmayaraq, kənd təsərrüfatının inkişafı istiqamətində super tədbirlərin ortaya çıxardığı münbit şərait əhalimizin güzəranında bir qram da olsun çətinliyin əmələ gəlməsinə imkan verməmişdir. 


Elçin


oxunma sayı: 478 | Paylaş:




?>