')

Bu gün:


FutbolPress.Az | Azərbaycan futbolu tənəzzülə doğru - Ümumi panorama

Azərbaycan futbolu tənəzzülə doğru - Ümumi panorama


oxunma sayı: 872 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının 2015/16 mövsümünün finişinə cəmi 5 tur qaldı. Gəlin turnir cədvəlinə baxaq: 31 turdan sonra 72 xal toplamış "Qarabağ" şəriksiz liderliyini davam etdirir. İkinci pillədəki "Zirə" 12 xal geridədir. Çempionatın debütantı son turda "Neftçi" səfərində xal itkisinə məruz qalmaqla aranın bir az da açılmasına səbəb oldu. Vә "İnter" 49 xalla üçlüyü qapayır. 

Diqqətçəkən məqam isə liderlər mövqeyindəkilərin bir-birinə xal məsafəsinin kifayət qədər böyük olmasıdır. Son illərdə belə hal müşahidə edilməmişdi. Çempionatda əksər iddialı klubların axsamasını buna əsas amil kimi gətirmək olar. Liderlə üçüncü yerdəki komandanın arasında 23 xallıq fərq çempionatda rəqabətin qızğın olmamasının əyani göstəricisidir. 

"Qarabağ"ın sabit çıxışına cavab verəcək rəqibin olmaması onun Avropadakı çıxışına da təsir göstərəcək. Ümumiyyətlə, bu il Azərbaycanı Avropada təmsil edəcək klubların yaxşı nəticə qazanmasına ümid bəsləmək çətindir. İkinci yerdəki "Zirə"nin texniki məsələlər, "İnter"in isə sanksiyalar səbəbindən qitəmiqyaslı turnirlərə qatılmayacağı demək olar ki, məlumdur. 
Bu yerlərə əsas namizədlər "Qəbələ", "Kəpəz", AZAL-dır. Həm də "Neftçi" qarşıdakı turlarda uğursuzluqları davam etdirməsə, bu sıradan birini sıxışdırıb, özü düşə bilər. "Ağ-qaralar" bu imkanı çempionatla yanaşı, ölkə kubokunda mübarizəni davam etdirməklə
 də əldə saxlayırlar.

Ancaq adıçəkilənlər içində heç birinin durumu normal deyil. AZAL-ın komandaya borcları bitmək bilmir, "Kəpəz"in heyətini gücləndirməsi şərt olsa da, bunu edib-etməyəcəyi böyük sual altındadır, uğur gətirən heyətin əsas oyunçuları icarəyə götürülüb, çıxıb gedə bilərlər və s. "Neftçi"də sistem bir-birinə o qədər qarışıb ki, komandada ab-havanı düzəltmək bir ildən çoxdur ki, mümkün olmur. Rəhbərliyin belə qısa müddətdə bunun öhdəsindən gələcəyi də inandırıcı deyil. "Qəbələ"yə gəlincə, orda da maddi rifah yerində deyil. Hətta komandanın gələn mövsümçün əsasən yerli futbolçulardan istifadə edəcəyi, büdcəni azaldacağı kimi söhbətlər gəzir. 


N Klublar O Q H M T-F X
1 Qarabağ 31 22 6 3 57-19 72
2 Zirə 31 17 9 5 39-22 60
3 İnter 31 13 10 8 28-21 49
4 Kəpəz 31 13 10 8 39-33 49
5 Qəbələ 31 13 10 8 36-24 49
6 AZAL 31 12 6 13 23-29 42
7 Neftçi 31 10 9 12 29-33 39
8 Sumqayıt 31 6 11 14 32-43 29
9 Xəzər Lənkəran 31 3 5 23 12-41 14
10 Rəvan 31 4 8 19 20-50 14

Azərbaycan çempionatının bu mövsümə olan ümumi mənzərəsi belədir. Rəqabətsizlik, getdikcə azalan azarkeş marağı və s. fonunda ölkə futbolunun uzunmüddətli tənəzzül keçirəcəyi dövr uzaqda deyil. Maraq üçün Avropanın önəmli çempionatlarında liderlik pillələrində xal fərqlərinə nəzər yetirək.  Demək olar ki, Avropanın da önəmli çempionatlarında liderlərə qarşı müqavimət güclü deyil. Xüsusən, Bundesliqa, Liqa-1, PL, Türkiyə Superliqası, Erediviziya və Seria A-da liderlərə qarşı xal məsafəsi çox böyükdür. La Liqada isə ilk üçlükdəki gərginlik özü üçün "muxtariyyət" eləyib, digərləri bura qoşula bilmir. Ümumən Avropa futbolunda da maliyyə çalxalanmaları bir neçə ildir ki var, ancaq bu mövzunun Azərbaycandakı modeli daha xaotik gələcək vəd edir.


#   İngiltərə PL O Q H M V B T/F X
1   Lester 34 21 10 3 59 33 +26 73
2   Tottenhem 34 19 11 4 64 25 +39 68
3   Mançester Siti 35 19 7 9 66 34 +32 64
4   Arsenal 35 18 10 7 58 34 +24 64
5   Mançester Yunayted 34 17 8 9 42 30 +12 59
                     
 
#   İtaliya A seriyası O Q H M V B TF X
1   Yuventus 34 26 4 4 65 17 +48 82
2   Napoli 34 22 7 5 72 29 +43 73
3   Roma 34 19 11 4 73 38 +35 68
4   İnter 35 19 7 9 47 32 +15 64
5   Fiorentina 34 17 8 9 55 38 +17 59
 
#   İspaniya La Liqası O Q H M V B TF X
1   Barselona 35 26 4 5 102 29 +73 82
2   Atletiko Madrid 35 26 4 5 59 16 +43 82
3   Real Madrid 35 25 6 4 104 32 +72 81
4   Vilyarreal 34 17 9 8 42 31 +11 60
5   Atletik Bilbao 35 16 7 12 53 43 +10 55
 
#   Almaniya Bundesliqası O Q H M V B TF X
1   Bavariya 31 26 3 2 74 14 +60 81
2   Borussiya Dortmund 31 23 5 3 75 30 +45 74
3   Bayer Leverkuzen 31 16 6 9 50 35 +15 54
4   Herta 31 14 7 10 40 38 +2 49
5   Borussiya Münhenqlad. 31 15 3 13 62 48 +14 48
 
   
#   Fransa Liqa 1 O Q H M V B TF X    
1   PSJ 34 27 5 2 89 18 +71 86 Çempion  
2   Lyon 35 17 8 10 58 37 +21 59    
3   Monako 34 15 13 6 50 41 +9 58    
4   Nitsa 35 16 9 10 53 38 +15 57    
5   Sent-Etyen 34 16 6 12 40 34 +6 54    
 
 
#   Hollandiya Erediviziyası O Q H M v B TF X
1   Ayaks 32 24 6 2 76 20 +56 78
2   PSV 32 24 6 2 79 29 +50 78
3   Feyenoord 32 17 6 9 60 40 +20 57
4   AZ Alkmaar 32 16 5 11 63 51 +12 53
5   Utrext 32 14 8 10 53 44 +9 50
 
#   Türkiyə Super Liqası O Q H M V B TF X
1   Beşiktaş 30 22 4 4 66 32 +34 70
2   Fənərbağça 29 19 7 3 48 22 +26 64
3   Konyaspor 30 17 8 5 39 30 +9 59
4   İstanbul Başakşəhər 30 13 10 7 49 34 +15 49
5   Osmanlıspor 30 13 8 9 46 29 +17 47
 
#   Rusiya PL O Q H M V B TF X
1   ÇSKA Moskva 25 15 5 5 41 24 +17 50
2   Rostov 24 14 6 4 29 16 +13 48
3   Lokomotiv Moskva 25 13 7 5 38 27 +11 46
4   Zenit 24 13 7 4 49 27 +22 46
5   Krasnodar 25 13 7 5 46 22 +24 46
 
 
 
#   Portuqaliya PL O Q H M V B TF X
1   Sportinq 31 24 5 2 67 20 +47 77
2   Benfika 30 25 1 4 80 21 +59 76
3   Portu 31 21 4 6 59 26 +33 67
4   Braqa 31 15 9 7 51 29 +22 54
5   Arouka 31 12 13 6 41 35 +6 49


oxunma sayı: 872 | Paylaş:




?>